"Qəbələ" Konfrans Liqasında mübarizəni dayandırıb

"Qəbələ" Konfrans Liqasında mübarizəni dayandırıb

"Qəbələ" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.

"QELEBE.AZ"un məlumatına görə, II təsnifat mərhələsinin cavab oyununda Kiprdə "Omoniya"ya 1:4 hesabı ilə uduzan "qırmızı-qaralar" turnirlə erkən vidalaşıb.

Matçda ilk qolu meydan sahibləri vurublar. 5-ci dəqiqədə Roman Bezus hesabı açıb. Ukraynalı futbolçu 29-cu dəqiqədə dubl edib. 10 dəqiqə sonra Adam Lanq 3-cü topu "qırmızı-qaralar"ın qapısından keçirib. İlk hissə bu hesabla başa çatıb.

"Qəbələ" ikinci yarıya qolla başlayıb. 56-cı dəqiqədə Ahmed Ayzaya uzaq məsafədən baxımlı zərbə ilə fərqi azaldıb. Buna baxmayaraq, cəmi 3 dəqiqə sonra Villi Semedu Azərbaycan təmsilçisini 4-cü dəfə meydanın mərkəzinə dəvət edib.

Qeyd edək ki, bu komandaların ilk dualindən də "Omoniya" qalib ayrılmışdı - 3:2.

22:22

Kiprdə "Omoniya" və "Qəbələ" arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda hesab dəyişib.

"QELEBE.AZ"un məlumatına görə, 56-cı dəqiqədə Azərbaycan təmsilçisi Ahmed Ayzayanın vurduğu qolla fərqi azaltsa da, cəmi 3 dəqiqə sonra Villi Semedu 4-cü topu "qırmızı-qaralar"ın qapısından keçirib.

Hazırda hesab meydan sahiblərinin xeyrinədir - 4:1.

22:07

Kiprdə "Omoniya" və "Qəbələ" arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.

"QELEBE.AZ"un məlumatına görə, ilk yarıdan sonra "qırmızı-qaralar" hesabda 3 top fərqi ilə geridədir - 0:3.

21:50

Kiprdə "Omoniya" və "Qəbələ" arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.

"QELEBE.AZ"un məlumatına görə, "qırmızı-qaralar" fasiləyə məğlub yollanıblar - 0:3.

21:40

Kiprdə "Omoniya" və "Qəbələ" arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda hesab dəyişib.

"QELEBE.AZ"un məlumatına görə, 39-cu dəqiqədə Adam Lanq 3-cü topu "qırmızı-qaralar"ın qapısından keçirib.

21:31

Kiprdə "Omoniya" və "Qəbələ" arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda 2-ci qol vurulub.

"QELEBE.AZ"un məlumatına görə, 29-cu dəqiqədə penaltini dəqiq yerinə yetirən Roman Bezus dubl edib.

21:06

Kiprdə "Omoniya" və "Qəbələ" arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda erkən qol vurulub.

"QELEBE.AZ"un məlumatına görə, 5-ci dəqiqədə Roman Bezus meydan sahiblərini hesabda önə keçirib.

21:00

Kiprdə "Omoniya" və "Qəbələ" arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu başlayıb.

"QELEBE.AZ"un məlumatına görə, Nikosiyadakı "GSP Arena"da keçirilən görüş Bakı vaxtı ilə saat 21:00-da start götürüb.

Qeyd edək ki, Qəbələdəki ilk oyunda qonaqlar 3:2 hesablı qələbə qazanıblar.

19:53

Kiprdə "Omoniya" ilə "Qəbələ" arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu üçün start heyətləri müəyyənləşib.

"QELEBE.AZ"un Avropa futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Omoniya": 40. Fabiano, 3. Adam Mettyuz, 5. Senu Kulibali, 7. Villi Semedu, 8. Moretu Kassama, 9 Andronikos Kakulis, 10. Loizos Loizu, 17. Yan Letsyaks, 19. Fuad Bəşiri, 22. Adam Lanq, 90. Roman Bezus
Baş məşqçi: Sofronis Avqusti

"Qəbələ": 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 4. Lukas Afriko, 7. Emil Səfərov, 9. Əyyub Allaş, 10. Omar Hani, 14. Ülvi İsgəndərov, 28. Murad Musayev, 34. Urfan Abbasov, 72. Osama Xalayla, 99. Ahmed Ayzaya
Baş məşqçi: Elmar Baxşıyev

Qeyd edək ki, bu gün Nikosiyadakı "GSP Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Futbol
Top-5 liqalarda ən az qol buraxan komandalar bəlli olub

Top-5 liqalarda ən az qol buraxan komandalar bəlli olub

Futbol
“Real Madrid” “Barselona”ya 3-1 hesabı ilə qalib gəlib - VİDEO

“Real Madrid” “Barselona”ya 3-1 hesabı ilə qalib gəlib - VİDEO

Futbol
Azərbaycan Premyer Liqası: "Sabah" qış fasiləsinə darmadağınla yollanıb

Azərbaycan Premyer Liqası: "Sabah" qış fasiləsinə darmadağınla yollanıb

Futbol
Lionel Messi PSJ ilə müqaviləni yeniləmək istəmir

Lionel Messi PSJ ilə müqaviləni yeniləmək istəmir

Futbol
Sinişa Mixayloviç vəfat edib

Sinişa Mixayloviç vəfat edib

Futbol
Bakı kəndləri arasında futbol turnirində 3-cü tura yekun vurulub

Bakı kəndləri arasında futbol turnirində 3-cü tura yekun vurulub

Futbol
Fabio Kannavaro İtaliya klubunun baş məşqçisi olacaq

Fabio Kannavaro İtaliya klubunun baş məşqçisi olacaq

Futbol
Neymar həbs oluna bilər

Neymar həbs oluna bilər

Futbol
Avropa Kuboku: Azərbaycan komandaları ilk məğlubiyyətini alıb

Avropa Kuboku: Azərbaycan komandaları ilk məğlubiyyətini alıb

Futbol
"Qarabağ" "Frayburq"la oyun üçün Almaniyaya yola düşüb

"Qarabağ" "Frayburq"la oyun üçün Almaniyaya yola düşüb

Futbol
AVRO-2024: Səbətlərin tərkibi dəqiqləşib

AVRO-2024: Səbətlərin tərkibi dəqiqləşib

Futbol
İspaniya millisi 19 ildən sonra doğma meydanda məğlub olub

İspaniya millisi 19 ildən sonra doğma meydanda məğlub olub