Dünya çempionatı: Azərbaycanın 3 sərbəst güləşçisi bürünc medal qazana bilər

Dünya çempionatı: Azərbaycanın 3 sərbəst güləşçisi bürünc medal qazana bilər

Azərbaycanın 3 sərbəst güləşçisi İordaniyanın paytaxtı Ammanda start götürən U-20 dünya çempionatında bürünc medal qazana bilər.

"QELEBE.AZ"un məlumatına görə, mübarizəyə 1/8 finaldan qoşulan Ruslan Abdullayev (57 kq) almaniyalı David Kiferə tam üstünlüklə qalib gəlib – 10:0. Avropa çempionu növbəti mərhələdə iranlı Əhməd Mohammadnejadcavanı “tuş”la üstələyərək yarımfinala yüksəlib. ABŞ təmsilçisi Luk Lilledalla görüş gərgin mübarizə şəraitində keçib. Son saniyələrə qədər 9:5 hesabıyla öndə olan Abdullayev bir səhvin qurbanı olub və “tuş”la uduzub. O, avqustun 15-də bürünc medal uğrunda güləşəcək.

Ramik Heybətov (65 kq) debütdə rusiyalı Dalqat Abdulkadirovla bacarmayıb – 0:7.

Mircavad Nəbiyev (70 kq) 1/8 finalda ABŞ-dan olan Meyer Şapirova 4:6 hesabıyla məğlub olub. Rəqib finaladək irəlilədiyi üçün Nəbiyev təsəlliverici görüşdə iştirak hüququ qazanıb. O, sabah yaponiyalı Yuma Tomiyama ilə qarşılaşacaq.

Ali Tsokayev (79 kq) polşalı Mateuş Pedzitski (10:0), avstriyalı Lukas Lins (10:0) və gürcüstanlı Otari Adeişvilini (13:2) vaxtından əvvəl mübarizədən kənarlaşdırıb. Ancaq yarımfinalda rusiyalı İbrahim Kadiyev keçilməz olub – 4:8. Tsokayev bürünc medal görüşünə çıxacaq.

Zəfər Əliyev (97 kq) ilk mərhələdə ermənistanlı Xaçatur Xaçatryana (7:0) heç bir şans tanımasa da, 1/8 finalda qazaxıstanlı Kamil Kuruqliyevə 2:5 hesabıyla uduzub.

Fərdi
Bakıda keçiriləcək Dünya Kubokunun püşkatma mərasimi olub

Bakıda keçiriləcək Dünya Kubokunun püşkatma mərasimi olub

Fərdi
Arif Rəhimov Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəhbəri vəzifəsindən azad olunub

Arif Rəhimov Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəhbəri vəzifəsindən azad olunub

Fərdi
Çingiz Hüseynzadə: "Pandemiyadan tam çıxmasaq da, 2022-ci il uğurlu alınıb"

Çingiz Hüseynzadə: "Pandemiyadan tam çıxmasaq da, 2022-ci il uğurlu alınıb"

Fərdi
Azərbaycan cüdoçusu: "Avropa çempionu olacağıma inanırdım"

Azərbaycan cüdoçusu: "Avropa çempionu olacağıma inanırdım"

Fərdi
Dünya Kuboku: Türkiyə yığması İrana məğlub olub

Dünya Kuboku: Türkiyə yığması İrana məğlub olub

Fərdi
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin qalibi olub

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin qalibi olub

Fərdi
Legioner idmançılar Azərbaycanda ilin ən yaxşı atleti seçiliblər

Legioner idmançılar Azərbaycanda ilin ən yaxşı atleti seçiliblər

Fərdi
Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatını iki medalla başa vurub

Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatını iki medalla başa vurub

Fərdi
Diaspor təşkilatının rəhbəri dünya çempionu olub

Diaspor təşkilatının rəhbəri dünya çempionu olub

Fərdi
Elxan Məmmədov: "Bu gün hər bir cüdoçudan medal gözləyirəm"

Elxan Məmmədov: "Bu gün hər bir cüdoçudan medal gözləyirəm"

Fərdi
Azərbaycanlı atıcıdan tarixi qələbə - son 20 ildə ilk dəfə 

Azərbaycanlı atıcıdan tarixi qələbə - son 20 ildə ilk dəfə 

Fərdi
Azərbaycan cüdoçuları İtaliyada Açıq Avropa turnirində iştirak edəcək

Azərbaycan cüdoçuları İtaliyada Açıq Avropa turnirində iştirak edəcək