“Dinamo”nun rəhbəri: “Bu işə başlamışıqsa, mütləq nəticələr olmalıdır” - MÜSAHİBƏ

“Dinamo”nun rəhbəri: “Bu işə başlamışıqsa, mütləq nəticələr olmalıdır” - MÜSAHİBƏ

Bu il Azərbaycanda ilk dəfə futbol üzrə II Liqa yaradılıb. Sentyabrın 4-də startı veriləcək 2023/2024 mövsümündə 14 komanda mübarizə aparacaq.

Yarışda bir neçə bölgə komandası ilə yanaşı, paytaxt təmsilçisi “Dinamo” da çıxış edəcək. 1997-2004-cü illərdə fəaliyyət göstərən komandada həmin dönəmlərdə olduğu kimi, bu dəfə də hərbi xidmətə çağırılan futbolçuların heyətə cəlb edilməsi nəzərdə tutulub.

Eyni zamanda, II Liqa təmsilçisinin ev oyunlarını hansı meydanda keçirəcəyi də bəlli deyildi.

“Dinamo”nun İdarə Heyətinin rəhbəri Yaşar Seyidov “Report”a müsahibəsində bütün suallara aydınlıq gətirib.

- “Dinamo”nun stadion problemi həllini tapıb? Ev oyunlarınızı harada keçirəcəksiniz?
- Bəli, problem yoluna qoyulub. Fövqəladə Hallar Nazirliyi ilə razılığa gəlmişik. Rəqiblərimizi onların Hövsandakı stadionunda qəbul edəcəyik.

- Komanda tam olaraq Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərəcək?
- Komandanın rəhbəri mənəm, amma işləri nazirliklə birlikdə yürüdəcəyik.

- “Dinamo”nun heyəti əsgərlik yaşına çatan futbolçulardan ibarət olacaq?

- Yadınıza gəlirsə, hələ 1997-ci ildə “Dinamo” klubunu yaratmışdıq. Həmin vaxt əsas, gənclər və aşağı yaş qrupları üzrə yığmaların üzvləri əsgərliyə getdikdən sonra futboldan uzaqlaşırdılar. Bunun qarşısını almaq üçün belə bir addım atmışdıq. Həmin “Dinamo”da Fərrux İsmayılov, Emin Quliyev, Ceyhun Sultanov, Zahir Əsgərov, Rafael Əmirbəyov, İlyas Qurbanov kimi yüzlərlə futbolçu çıxış edib. Onlar əsgərliklərini Daxili Qoşunların idman bölməsində keçirməklə yanaşı, “Dinamo”ya ezam olunurdular. Bu proses 2004-cü ilə qədər davam etdi. “Dinamo” “Bakı”ya çevriləndə təsisçi də dəyişdi. İndi isə bu məsələ yenidən gündəmə gəlib. Aşağı yaş qrupları üzrə yığmalara çağırılan futbolçular hərbi xidmətlə bağlı ciddi problem yaşayırlar. Əvvəlki “Dinamo” bu məsələlərə necə yanaşırdısa, işlər yenə eyni formada qurulacaq. Bu istiqamətdə işlər davam etdirilir.

- AFFA ilə bununla bağlı müzakirələr olub?

- Əlbəttə, bütün işlər AFFA-nın razılığı ilə görüləcək. Söhbət millilərə cəlb olunan və klublarımızda çıxış edən futbolçulardan gedir. AFFA-nın baş katibi Sərxan Hacıyev bu məsələdə bizə böyük dəstək verir. İnanıram ki, yaxın vaxtlarda bununla bağlı konkret addımlar atılacaq.

- Hərbi xidmətə çağırılan futbolçuların “Dinamo”ya cəlb olunması prosesinə nə vaxtdan başlayacaqsınız?

- Gənclər millimizdə, U-19-da çıxış edən futbolçuların əsgərliklə bağlı problemlərindən xəbərdarıq. İstər AFFA, istərsə də Premyer Liqa klublarının rəhbərləri və baş məşqçilər bunları bilirlər. Hərbi xidmətə növbəti çağırış iki aydan sonra olacaq. Həmin vaxt bu məsələlərə baxılacaq.

- Yəqin ki, komandanın qarşısına hədəf qoyulacaq. “Dinamo”nu gələcəkdə yenidən yüksək liqada görə bilərik?

- General olmaq istəməyən əsgərdən yaxşı əsgər çıxmaz. Bu işə başlamışıqsa, mütləq nəticələr olmalıdır. Düzdür, indiki məqamda çətindir. Amma zamanla buna çalışacağıq. Həm də perspektivli gənclərə özlərini göstərmək üçün bu liqa bir şansdır. Xəyallarımızda çox şeylər var. Ancaq hər şey reallıqla uzlaşmalıdır.

Futbol
"Neftçi"nin zədəli futbolçusunun durumuna aydınlıq gəlib

"Neftçi"nin zədəli futbolçusunun durumuna aydınlıq gəlib

Futbol
“Real” İspaniya Superkubokunun finalına yüksəlib

“Real” İspaniya Superkubokunun finalına yüksəlib

Futbol
Anatoli Banişevskinin xatirəsi yad olunub

Anatoli Banişevskinin xatirəsi yad olunub

Futbol
UEFA "Qarabağ"dan reportaj hazırlayıb

UEFA "Qarabağ"dan reportaj hazırlayıb

Futbol
Fransalı hücumçu "Barselona"nın tarixinə düşüb

Fransalı hücumçu "Barselona"nın tarixinə düşüb

Futbol
"Olimpiakos"un hücumçusu "Qarabağ"la oyunu buraxa bilər

"Olimpiakos"un hücumçusu "Qarabağ"la oyunu buraxa bilər

Futbol
Çempionlar Liqası: "İnter" "Viktoriya"ya, "Sportinq" "Tottenhem"ə qalib gəlib

Çempionlar Liqası: "İnter" "Viktoriya"ya, "Sportinq" "Tottenhem"ə qalib gəlib

Futbol
Mersisayd təmsilçiləri Qana millisinin futbolçusunu transfer etmək istəyir

Mersisayd təmsilçiləri Qana millisinin futbolçusunu transfer etmək istəyir

Futbol
Azərbaycan Premyer Liqası: "Sabah" "Turan Tovuz"a qalib gəlib

Azərbaycan Premyer Liqası: "Sabah" "Turan Tovuz"a qalib gəlib

Futbol
Çempionlar Liqası: Daha bir komanda 1/8 finala yüksəlib

Çempionlar Liqası: Daha bir komanda 1/8 finala yüksəlib

Futbol
"Sumqayıt" klubu tarixi antirekordu təkrarlayıb

"Sumqayıt" klubu tarixi antirekordu təkrarlayıb

Futbol
DÇ-2022: Argentina Xorvatiyanı böyük hesabla məğlub edərək finala çıxıb

DÇ-2022: Argentina Xorvatiyanı böyük hesabla məğlub edərək finala çıxıb