Qəbələdə səmti müəyyənetmə üzrə çempionat keçirilib

Qəbələdə səmti müəyyənetmə üzrə çempionat keçirilib

Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə Qəbələ rayonunun meşə zolağında Nazirliyin qurumları arasında ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş səmti müəyyənetmə üzrə çempionat keçirilib.

FHN-dən APA-ya verilən məlumata görə, çempionatda FHN-in Aparatı və qurumlarını təmsil edən 18 komandadan 60-a yaxın əməkdaş qüvvələrini sınayıb.

Yarışın son günündə komanda və şəxsi hesab üzrə qaliblər müəyyən olunub.

Çempionatın bağlanış mərasimində, əvvəlcə Dövlət himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qalib idmançıları təbrik edən FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev müstəqil Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edərək bildirib ki, Ulu Öndər digər sahələrdə olduğu kimi, ölkə idmanının inkişaf strategiyasını da müəyyənləşdirib və bu istiqamətdə həyata keçirilən kompleks tədbirlər nəticəsində qısa müddətdə böyük uğurlar qazanılıb. Ümummilli Liderin mütərəqqi siyasi kursunu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün Azərbaycanın sözün əsl mənasında idman ölkəsinə çevrildiyini, dünya idman arenalarında respublikamızı layiqincə təmsil edən idmançıların yetişdiyini iftixar hissilə dilə gətirən F.Musayev, həmçinin ölkəmizdə idmanın inkişafı istiqamətində görülən işlərdən, yarışın əhəmiyyətindən, eyni zamanda FHN əməkdaşlarının idman uğurlarından danışıb.

Sonra çempionatda uğur qazanmış komandalar və şəxsi birincilikdə fərqlənən idmançılar təltif olunublar.

Belə ki, yarışda komanda hesabında 1-ci yeri Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, 2-ci yeri Xüsusi Riskli Xilasetmə Xidməti, 3-cü yeri isə Şimal Regional Mərkəzinin komandası tutub. Bundan əlavə, qızlar arasında şəxsi yarışlarda 1-ci yerə Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Kəmalə Qəhrəmanova, 2-ci yerə Bakı Regional Mərkəzinin əməkdaşı Leyla Əliyeva, 3-cü yerə Mülki müdafiə qoşunlarının əməkdaşı Fəridə Hüseyinzadə layiq görülüb. Kişilərin yarışında isə 1-ci yeri Bakı Regional Mərkəzinin əməkdaşı Azad Heydərov, 2-ci yeri Tikintidə Təhlükəsizliyə Nəzarəd Dövlət Agentliyinin əməkdaşı Vüsal Bağırzadə, 3-cü yeri isə Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşı Hikmət Eyvazov tutub.

Yarışın əzmkar komandası adına FHN Aparatının komandası layiq görülüb.

Çempionatın keçirilməsində göstərdikləri köməkliyə görə FHN-in Mülki müdafiə qoşunlarının N saylı hərbi hissəsinin komandiri polkovnik Amil Alıcanov, Nazirliyin Tibb xidmətinin əməkdaşları və Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyasının hakimlər komitəsi fəxri fərmanlarla təltif olunublar.

Sonda qaliblərə kubok, diplom və medallar təqdim olunub.

Digər növlər
Azərbaycan antidopinq sahəsində standartların müəyyənləşməsinə rəhbərlik edir

Azərbaycan antidopinq sahəsində standartların müəyyənləşməsinə rəhbərlik edir

Digər növlər
İli ən çox qazancla başa vuran idmançı bəlli olub

İli ən çox qazancla başa vuran idmançı bəlli olub

Digər növlər
Fərid Qayıbov: Elə məqamlar var ki, nazir kimi çox şeyi danışa bilmirəm - MÜSAHİBƏ

Fərid Qayıbov: Elə məqamlar var ki, nazir kimi çox şeyi danışa bilmirəm - MÜSAHİBƏ

Digər növlər
“AzerGold” tərəfindən yenidən qurulmuş idman meydançaları istifadəyə verilib - FOTO

“AzerGold” tərəfindən yenidən qurulmuş idman meydançaları istifadəyə verilib - FOTO

Digər növlər
Nazir idmançılara pul mükafatlarının mərhələli şəkildə verilməsi ilə bağlı narazılıqlara cavab verib

Nazir idmançılara pul mükafatlarının mərhələli şəkildə verilməsi ilə bağlı narazılıqlara cavab verib

Digər növlər
Azərbaycanı beynəlxalq drift yarışında  təmsil edəcək pilot seçilib

Azərbaycanı beynəlxalq drift yarışında təmsil edəcək pilot seçilib

Digər növlər
Ağalıda “Zəfər yürüşü” triatlon turniri keçiriləcək

Ağalıda “Zəfər yürüşü” triatlon turniri keçiriləcək

Digər növlər
"Azercell" beynəlxalq turniri qarşılamağa hazırdır!

"Azercell" beynəlxalq turniri qarşılamağa hazırdır!

Digər növlər
"İlin Qalibləri - 2022" layihəsinin mükafatçıları açıqlanıb

"İlin Qalibləri - 2022" layihəsinin mükafatçıları açıqlanıb

Digər növlər
Bakıda arena polo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO

Bakıda arena polo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO

Digər növlər
"Formula 1" Azərbaycan Qran Prisinə bilet satışının ilkin nəticələri açıqlanıb

"Formula 1" Azərbaycan Qran Prisinə bilet satışının ilkin nəticələri açıqlanıb

Digər növlər
Taekvondoçularımızdan uğurlu start - 1 qızıl və 1 gümüş medal

Taekvondoçularımızdan uğurlu start - 1 qızıl və 1 gümüş medal