Yaşar Bəşirov: “Maliyyə ilə bağlı çətinliyimiz var”

Yaşar Bəşirov: “Maliyyə ilə bağlı çətinliyimiz var”

“Maliyyə ilə bağlı çətinliyimiz var, sponsorumuz yoxdur”.

Bunu “QELEBE.AZ”a açıqlamasında Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov deyib.

Hazırda sponsor axtarışında olduqlarını bildirən Y.Bəşirov Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatı üçün Gənclər və İdman Nazirliyindən maddi dəstək aldıqlarını söyləyib: “Bildiyiniz kimi, Azərbaycan Karate Federasiyası yarandı və 6 federasiyanı özündə birləşdirdi. Onlardan biri, ən əsası bizik. Çünki Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Avropa və dünya çempionatlarında iştirak edən bizik. Qatıldığımız bütün yarışlarda ən yaxşılardan olmuşuq. Azərbaycan Karate Federasiyası ilə bir yerdə çalışırıq. Sponsor olanda daha çox yarışa getmək imkanı qazanırsan. Bu dəfə komandamızı Gənclər və İdman Nazirliyi maliyyələşdirdi. Ancaq Premyer Liqa və digər mötəbər yarışlara qatılmaq üçün bizə mütləq sponsor lazımdır. Yəqin ki, bu məsələ yaxın zamanlarda həll olunar”.

Federasiya prezidenti mundialda ümid bəslədiyi karateçilərin adlarını açıqlayıb: “Həmişəki kimi, yarışa ciddi hazırlaşmışıq. Əlbəttə, yüksək nəticələr qazanmaq istəyirik. Təəssüf ki, liderimiz Rafael Ağayev artıq heyətdə yoxdur. Bəzi karateçilər də zədə səbəbindən yarışda iştirak edə bilməyəcəklər. İrina Zaretskanın (68 kq) üçüncü dəfə dünya çempionu olmaq şansı yüksəkdir. Asiman Qurbanlı (+84 kq) komandanın lideri olaraq qalır. Ondan da yaxşı nəticə gözləyirik. Rafael Ağayevdən sonra ikinci dünya çempionumuz Asiman ola bilər. Tural Ağalarzadə (67 kq) də son vaxtlar uğurlu çıxış edir. Ona da inamımız böyükdür. Gənclərdən isə Avropa çempionu Əminağa Quliyev (60 kq) və Mədinə Sadıqovadan (55 kq) parlaq çıxış gözləyirik. Fidan Teymurova (50 kq) iki dəfə gənclər arasında dünya çempionatının finalçısı olub. O da öz sözünü deyə bilər. Bundan başqa, kişilərdən ibarət komandamız kollektiv şəkildə çox güclüdür”.

Qeyd edək ki, dünya çempionatında Azərbaycanın 18 karateçisi mübarizə aparacaq.

Fərdi
Azərbaycan əsilli Avropa çempionu: “Müharibəyə çağırış gələndə şoka düşdüm”

Azərbaycan əsilli Avropa çempionu: “Müharibəyə çağırış gələndə şoka düşdüm”

Fərdi
Azərbaycanın iki boksçusu Qazaxıstandakı turnirdə bürünc medal qazanıb

Azərbaycanın iki boksçusu Qazaxıstandakı turnirdə bürünc medal qazanıb

Fərdi
Dünya çempionatı: Dadaşov mübarizəyə başlayır, daha bir taekvondoçu uduzub

Dünya çempionatı: Dadaşov mübarizəyə başlayır, daha bir taekvondoçu uduzub

Fərdi
Nazir Bakının kənd və qəsəbələrində bir sıra idman mərkəzlərinə baxış keçirib

Nazir Bakının kənd və qəsəbələrində bir sıra idman mərkəzlərinə baxış keçirib

Fərdi
"Formula 1": Braziliya Qran-prisi ləğv edilə bilər

"Formula 1": Braziliya Qran-prisi ləğv edilə bilər

Fərdi
İlqar Rəhimov: "Bakıdakı dünya çempionatı öncəsi ciddi tibbi təsnifat olacaq"

İlqar Rəhimov: "Bakıdakı dünya çempionatı öncəsi ciddi tibbi təsnifat olacaq"

Fərdi
Bölgə gimnastları Bakıda təlim-məşq toplanışına qatılıblar

Bölgə gimnastları Bakıda təlim-məşq toplanışına qatılıblar

Fərdi
Bakıda keçiriləcək beynəlxalq turniri 16 ölkənin telekanalı yayımlayacaq

Bakıda keçiriləcək beynəlxalq turniri 16 ölkənin telekanalı yayımlayacaq

Fərdi
Azərbaycan triatlonçusu Afrika Kubokunun qalibi olub

Azərbaycan triatlonçusu Afrika Kubokunun qalibi olub

Fərdi
Azərbaycanın üç idmançısı antidopinq pozuntusuna görə cəzalandırılıb

Azərbaycanın üç idmançısı antidopinq pozuntusuna görə cəzalandırılıb

Fərdi
Azərbaycan avarçəkəni: "Avropa çempionatında 9-cu yer ən yaxşı nəticələrimdəndir"

Azərbaycan avarçəkəni: "Avropa çempionatında 9-cu yer ən yaxşı nəticələrimdəndir"

Fərdi
Dünya çempionatı: Azərbaycanın bədii gimnastı finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın bədii gimnastı finala yüksəlib