Azərbaycanlı məşqçilər "Fənərbağça" klubunun akademiyasında olublar
Azərbaycanlı futbol məşqçiləri Türkiyənin "Fənərbağça" klubunun akademiyasında olublar.
"Report" İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, AFFA "Qəbələ"nin U-19 komandasında çalışan Zaur Hacıyevi və "Sabah"ın U-19 kollektivində işləyən Saşa Yunisoğlunu qardaş ölkəyə təcrübə məqsədilə göndərib.
Məşqçilər bir həftə "Fənərbağça" akademiyasında olublar və klubu ölkəmizdə qəbul etmək istədiklərini də vurğulayıblar.

https://qalaba.az//uploads/photo/azerbaycanli-meshqchiler-fenerbagcha-klubunun-akademiyasinda-olublar.webp











