AFFA-nın vitse-prezidenti: "Millidə yerli baş məşqçinin işləməsinin tərəfdarıyam" - MÜSAHİBƏ

AFFA-nın vitse-prezidenti: "Millidə yerli baş məşqçinin işləməsinin tərəfdarıyam" - MÜSAHİBƏ

AFFA-nın vitse-prezidenti, qurumun İcraiyyə Komitəsinin üzvü Rauf Əliyev "Report"un suallarını cavablandırıb.

Funksioner yığmanın Millətlər Liqasındakı rəqiblərini dəyərləndirməklə yanaşı, baş məşqçi məsələsinə də toxunub.

Rauf Əliyev "Qarabağ"ın Portuqaliyada "Braqa"ya qarşı keçirəcəyi Avropa Liqasının pley-off mərhələsinin oyunu barədə də danışıb.

- Milli komanda C Liqasının 1-ci qrupunda İsveç, Slovakiya və Estoniya ilə üz-üzə gələcək. Püşkü necə dəyərləndirirsiniz?
- Yenə bu komandalar bizə rəqib oldular. Düşünürəm ki, püşk pis deyil. Bu üç komandanın hamısı ilə yaxın keçmişdə üz-üzə gəlmişdik. Pis də oynamamışdıq. Məncə, yığmamız yaxşı oyunla qələbələr qazana və qrupdan çıxa bilər. Heç bir problem yoxdur.

- Bu qrupda lider olmaq realdır?
- Niyə də yox? Bu gün İsveç, Slovakiya və Estoniyadan pis deyilik, komandamız yaxşıdır. Hesab edirəm ki, daha əzmkar olsalar, işlərinə məsuliyyətlə yanaşsalar, hər üç kollektivə qalib gəlmək olar.

- Millidə baş məşqçi məsələsinə hələlik aydınlıq gəlməyib. Sizin bu yöndə fikriniz maraqlıdır...
- Bu məsələ ilə bağlı AFFA-da xüsusi İşçi Qrupu yaradılıb. Onların toplantılarından sonra məsləhətləşmələr aparılacaq və qərar veriləcək.

- Sizin şəxsi fikriniz necədir? Yığmada yerli, yoxsa əcnəbi mütəxəssis çalışmalıdır?
- Mən artıq yerli məşqçinin tərəfdarıyam.

- Bəs komandada görmək istədiyiniz ad var?
- Belə bir şəxs var. Amma onu açıqlaya bilmərəm. Çünki məsələ ilə AFFA-nın İşçi Qrupu məşğul olur. Daha əvvəl Azərbaycanda əcnəbilər işləyiblər. Onlarla yaxşı və pis günlər olub. Artıq hesab edirəm ki, təcrübəli, yerli mütəxəssislərimiz var. Elələri də var ki, əcnəbi baş məşqçi ilə yığmada işləyib. Onlara da özlərini göstərmək üçün imkan vermək lazımdır. Futbol ictimaiyyəti bəzən belə fikir səsləndirir ki, əsas məsələ məşqçidədir. Amma belə deyil, əsas oyunçulardır. Biz elə sistem yaratmalıyıq ki, klublardan yaxşı futbolçular gəlsin və yığmada istənilən oyunu sərgiləsinlər. Gənclərə də diqqət ayrılmalıdır. Bizdə regionlarda yaxşı uşaqlar var. Sadəcə, işləmək lazımdır.

- "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Portuqaliyada "Braqa"nın qonağı olacaq. Bu qarşılaşma haqqında nə deyə bilərsiniz?
- Təmsilçimizə uğurlar arzulayıram. Hesab edirəm ki, "Qarabağ" "Braqa"dan zəif deyil. Yaxşı oyun göstərsələr, bu rəqibi keçə bilərlər.

Futbol
Qurban Qurbanov: "Qələbəmizi şəhidlərə və ordumuza həsr edirik"

Qurban Qurbanov: "Qələbəmizi şəhidlərə və ordumuza həsr edirik"

Futbol
Minifutbol üzrə Azərbaycan çempionatında yeni mövsümə start verilib

Minifutbol üzrə Azərbaycan çempionatında yeni mövsümə start verilib

Futbol
Azərbaycan millisinin futzalçısı: "Seçmə mərhələdə asan oyun yoxdur"

Azərbaycan millisinin futzalçısı: "Seçmə mərhələdə asan oyun yoxdur"

Futbol
Acınacaqlı vəziyyətdə olan Zərdab rayon mərkəzi stadionu

Acınacaqlı vəziyyətdə olan Zərdab rayon mərkəzi stadionu

Futbol
Ronaldunun komandasının oyunu hava şəraitinə görə təxirə salınıb

Ronaldunun komandasının oyunu hava şəraitinə görə təxirə salınıb

Futbol
DÇ-2022: Bütün iştirakçıların yekun heyəti açıqlanıb

DÇ-2022: Bütün iştirakçıların yekun heyəti açıqlanıb

Futbol
Avropa Liqası: "Arsenal"ın oyunu təxirə salınıb

Avropa Liqası: "Arsenal"ın oyunu təxirə salınıb

Futbol
"Real Madrid" Mbappeni transfer etmək üçün 1 milyard avro xərcləyə bilər

"Real Madrid" Mbappeni transfer etmək üçün 1 milyard avro xərcləyə bilər

Futbol
FIFA prezidenti dünya çempionatının üç ildən bir keçirilməsini istəyir

FIFA prezidenti dünya çempionatının üç ildən bir keçirilməsini istəyir

Futbol
FIFA Serbiya milli komandasını cəzalandırıb

FIFA Serbiya milli komandasını cəzalandırıb

Futbol
Qazaxıstan millisinin futbolçusu faciəvi şəkildə ölüb

Qazaxıstan millisinin futbolçusu faciəvi şəkildə ölüb

Futbol
Qətərdə Dünya Çempionatında daha bir jurnalist ölüb

Qətərdə Dünya Çempionatında daha bir jurnalist ölüb