"Qarabağ"ın legioneri: "Marselo məni az da olsa tanıyır"

"Qarabağ"ın legioneri: "Marselo məni az da olsa tanıyır"

"Çətin oyun olacağını bilirdik. Görüş səfərdəkindən fərqli oldu. "Olimpiakos"a hörmətlə yanaşdıq. Qələbə qazana bilərdik. Şansımız var idi. Gələcəyə baxmaq, işləmək lazımdır".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Julio Romao Bakıda Yunanıstan "Olimpiakos"u ilə qolsuz heç-heçə etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

Braziliyalı yarımmüdafiəçi 4 oyuna qazanılan 7 xalın pis nəticə olmadığını bildirib: "Daha çox xal toplaya bilərdik. Öz üzərimizdə işləməliyik. Daha yaxşısına ümid edirik".

Matçdan sonra "Olimpiakos"da çıxış edən həmyerlisi Marselo ilə görüşən futbolçu onunla tanışlığının olmadığını söyləyib: "Hər ikimiz Riodanıq. Nəzərə alaq ki, əfsanəvi futbolçudur. Məni az da olsa tanıyır. Həm də ona qarşı oynadım. Bundan şərəf duyuram".

Hər futbolçunun arzusu olduğunu deyən Romaonun sözlərinə görə, onun xəyalı nə vaxtsa əfsanəvi futbolçulara qarşı oynamaq olub: "Amma hər şeyin bu qədər tez olacağını bilmirdim. Portuqaliyanın "Santa Klara" klubunda olanda mənə anidən təklif gəldi. Son 1 həftədə ideallarımdan biri olan futbolçuya qarşı oynadım. Hadisələrin belə tez cərəyan etməsini gözləmirdim".

Futbol
İntizam Komitəsinin sədri: "Heç bir kluba qarşı qərəzli qərar çıxarmaq marağında deyilik"

İntizam Komitəsinin sədri: "Heç bir kluba qarşı qərəzli qərar çıxarmaq marağında deyilik"

Futbol
Azərbaycan Kuboku: "Qəbələ" 1/4 finala yüksələrək "Qarabağ"a rəqib olub

Azərbaycan Kuboku: "Qəbələ" 1/4 finala yüksələrək "Qarabağ"a rəqib olub

Futbol
Azərbaycan klubu Çempionlar Liqasının 1/4 finalına yüksəlib

Azərbaycan klubu Çempionlar Liqasının 1/4 finalına yüksəlib

Futbol
Tərlan Əhmədov daha bir futbolçunu "Kəpəz"dən göndərir

Tərlan Əhmədov daha bir futbolçunu "Kəpəz"dən göndərir

Futbol
"Nant"ın iki futbolçusu "Qarabağ"la oyunu buraxa bilər

"Nant"ın iki futbolçusu "Qarabağ"la oyunu buraxa bilər

Futbol
Avstraliya Tunisə qalib gəlib

Avstraliya Tunisə qalib gəlib

Futbol
"Qarabağ" - "Nant" oyununun VAR hakimləri bəlli oub

"Qarabağ" - "Nant" oyununun VAR hakimləri bəlli oub

Futbol
Azərbaycanda işləmiş mütəxəssis Türkiyə klubunun baş məşqçisi təyin olunub

Azərbaycanda işləmiş mütəxəssis Türkiyə klubunun baş məşqçisi təyin olunub

Futbol
Rəşad Sadıqov “Zirə”nin futbolçusu ilə mübahisə edib

Rəşad Sadıqov “Zirə”nin futbolçusu ilə mübahisə edib

Futbol
Premyer Liqa: “Qəbələ” “Səbail”lə, “Sabah” “Şamaxı” ilə üz-üzə gələcək

Premyer Liqa: “Qəbələ” “Səbail”lə, “Sabah” “Şamaxı” ilə üz-üzə gələcək

Futbol
Peşəkar Futbol Liqası 4 loqo arasında seçim edəcək

Peşəkar Futbol Liqası 4 loqo arasında seçim edəcək

Futbol
Fatih Terim: "Baş məşqçilik karyeramı bərpa edə bilərəm"

Fatih Terim: "Baş məşqçilik karyeramı bərpa edə bilərəm"