"Bavariya" klubu daşqın qurbanlarına 1 milyon avro bağışlayıb
Almaniyanın "Bavariya" klubu ölkənin cənubunda baş verən daşqın qurbanlarına 1 milyon avro bağışlayıb.
"Report" Münhen klubunun rəsmi saytına istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi Bavariya və Baden-Vyurtemberq əyalətlərində zərərçəkənlərə yardım üçün vəsait göndərib.
Qeyd edək ki, Almaniyanın cənubunda baş verən daşqınlar nəticəsində iki nəfər ölüb, nəqliyyat kommunikasiyalarında fasilələr yaranıb və təxliyyə işləri aparılır.

https://qalaba.az//uploads/photo/bavariya-klubu-dashqin-qurbanlarina-1-milyon-avro-bagishlayib.webp











