Avropa çempionatı: 4 komanda ilə başlayan marafonun 17-ci dayanacağı - ARAŞDIRMA

Avropa çempionatı: 4 komanda ilə başlayan marafonun 17-ci dayanacağı - ARAŞDIRMA

Futbol üzrə Avropa çempionatı 1960-cı ildən təşkil edilir.

"QELEBE.AZ"un məlumatına görə, həmin vaxt Fransanın ev sahibliyi etdiyi ilk turnirdə meydan sahibləri ilə yanaşı, SSRİ, Yuqoslaviya və Çexoslovakiya mübarizə aparıb.

SSRİ-nin qalib gəldiyi yarışda növbəti sıraları müvafiq komandalar tutublar. Çempionat ilk illərdə 4 yığmanın iştirakı ilə gerçələşib. Yalnız 1980-cı ildə komanda sayı 8-ə çatdırılıb. 1996-cı ildən 2016-cı ilədək isə 16 kollektiv "köhnə qitə"nin bir nömrəli turnirində iştirak edib. 2016-cı ildə Fransadakı yarışda və pandemiyaya görə 2021-ci ilə təxirə salınan AVRO-2020-də 24 ölkə yer alıb. Almaniyada da eyni sayda komanda meydana çıxacaq.

Əvvəlki 16 çempionatda Almaniya (1972, 1980 AFR, 1996) və İspaniya (1964, 2008, 2012) 3, İtaliya (1968, 2021) və Fransa (1984, 2000) 2, SSRİ (1960), Çexoslovakiya (1976), Niderland (1988), Danimarka (1992), Yunanıstan (2004) və Portuqaliya (2016) çempionluq sevinci yaşayıb. Yalnız İspaniya iki dəfə ardıcıl olaraq titula sahib çıxa bilib.

Almaniya (ikisi AFR) və SSRİ 3, İtaliya ilə Yuqoslaviya 2, Belçika, İspaniya, Çexiya, Portuqaliya, Fransa və İngiltərə hərəyə 1 dəfə finalda məğlub olublar.

Avropa çempionatları tarixinin bombardiri isə portuqaliyalı ulduz Kriştianu Ronaldudur. 39 yaşlı hücumçu indiyədək qatıldığı beş yarışda 14 qola imza atıb. İkinci sırada Fransa yığmasının əfsanəvi hücumçusu Mişel Platini (9 qol) qərarlaşıb. O, bu qolların hamısını 1984-cü ildə keçirilən Avropa çempionatında vurub.

Almaniyadakı AVRO-2024-də meydan sahibləri ilə yanaşı, Albaniya, Avstriya, Belçika, Xorvatiya, Çexiya, Danimarka, İngiltərə, Fransa, Gürcüstan, Macarıstan, İtaliya, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Şotlandiya, Serbiya, Slovakiya, Sloveniya, İspaniya, İsveçrə, Türkiyə və Ukrayna milliləri mübarizə aparacaqlar.

Yarış 10 şəhərdəki 10 stadionda baş tutacaq. Paytaxt Berlinlə yanaşı, Dortmund, Düsseldorf, Frankfurt-Mayn, Helzenkirhen, Hamburq, Köln, Leyptsiq, Münhen, Ştutqart turnirə ev sahibliyi edəcək.

Qeyd edək ki, Almaniya və Şotlandiya yığmaları arasında keçiriləcək XVII Avropa çempionatının açılış oyunu sabah, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. AVRO-2024 iyulun 14-də başa çatacaq.

Futbol
Çempionlar Liqası: "Araz-Naxçıvan"ın sonuncu rəqibi bəlli olub

Çempionlar Liqası: "Araz-Naxçıvan"ın sonuncu rəqibi bəlli olub

Futbol
“Qəbələ”nin futbolçusu: “Məqsədimiz kuboku qazanmaqdır”

“Qəbələ”nin futbolçusu: “Məqsədimiz kuboku qazanmaqdır”

Futbol
“Sevilya” İsko ilə müqaviləni ləğv edib

“Sevilya” İsko ilə müqaviləni ləğv edib

Futbol
Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı 4 cavabsız qolla məğlub edib

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı 4 cavabsız qolla məğlub edib

Futbol
"Qarabağ" - "Olimpiakos" oyununda ikinci hissə başlayıb

"Qarabağ" - "Olimpiakos" oyununda ikinci hissə başlayıb

Futbol
Avropa Liqası: “Qarabağ”qrupda son oyununu keçirəcək

Avropa Liqası: “Qarabağ”qrupda son oyununu keçirəcək

Futbol
"Səbail"in futbolçusu: "Mövsümü 4-cü pillədə başa vura bilərik"

"Səbail"in futbolçusu: "Mövsümü 4-cü pillədə başa vura bilərik"

Futbol
Neymar karyerasının ən məhsuldar qol seriyasına imza atıb

Neymar karyerasının ən məhsuldar qol seriyasına imza atıb

Futbol
"Mançester Yunayted" derbidə əzmkar qələbə qazanıb

"Mançester Yunayted" derbidə əzmkar qələbə qazanıb

Futbol
Canni De Byazi: "İlk hissədə komanda çox xoşuma gəldi"

Canni De Byazi: "İlk hissədə komanda çox xoşuma gəldi"

Futbol
"Qəbələ"də zədəli futbolçuların durumuna aydınlıq gəlib

"Qəbələ"də zədəli futbolçuların durumuna aydınlıq gəlib

Futbol
"Traktor" klubu Kurban Berdıyevlə vidalaşıb

"Traktor" klubu Kurban Berdıyevlə vidalaşıb