Azərbaycanın U-18 millisi Qəbələdə yoldaşlıq oyunu keçirib
Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət millisi Qəbələ toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirib.
"Report" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda “Qəbələ” ilə üz-üzə gəlib.
Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. U-18-in heyətində 10-cu dəqiqədə Ziya Səkərxanov fərqlənib.
Qeyd edək ki, sentyabrın 16-dan Qəbələdə təlim-məşq toplanışı keçən U-18-in hazırlığı bu gün başa çatacaq.

https://qalaba.az//uploads/photo/azerbaycanin-u-18-millisi-qebelede-yoldashliq-oyunu-kechirib.webp











