"Qarabağ" azlıqda qalsa da, "Neftçi"ni məğlub edib - YENİLƏNİB - 4

"Qarabağ" azlıqda qalsa da, "Neftçi"ni məğlub edib - YENİLƏNİB - 4

Misli Premyer Liqasının XXIII turunun "Neftçi" - "Qarabağ" oyunu başa çatıb.

"Report"un məlumatına görə, "Neftçi Arena"da keçirilən qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.

88-ci dəqiqədə Marko Yankoviç penaltini dəqiq yerinə yetirib. "Köhlən atlar"ın heyətində Kevin Medina 22-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

Ağdam təmsilçisi hazırda 56 xalla liderdir. "Ağ-qaralar" 24 xalla 6-cı pillədə qərarlaşıb.

Günün ilk matçında "Turan Tovuz" evdə "Araz-Naxçıvan"dan üstün olub - 1:0.

Ötən gün "Zirə" səfərdə "Sumqayıt"ı üç cavabsız qolla məğlub edib. Tura fevralın 17-də yekun vurulacaq.

20:46

Misli Premyer Liqasının XXIII turunun "Neftçi" - "Qarabağ" oyununda hesab açılıb.

"Report"un məlumatına görə, Ağdam təmsilçisinin heyətində Marko Yankoviç 88-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.

"Köhlən atlar"ın müdafiəçisi Kevin Medina 22-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

20:04

Misli Premyer Liqasının XXIII turunun "Neftçi" - "Qarabağ" oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, hazırda görüşdə hesab açılmayıb.

Ağdam təmsilçisinin müdafiəçisi Kevin Medina 22-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

19:48

Misli Premyer Liqasının XXIII turunun "Neftçi" - "Qarabağ" oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

Ağdam təmsilçisinin müdafiəçisi Kevin Medina 22-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

19:00

Misli Premyer Liqasının XXIII turunun "Neftçi" - "Qarabağ" oyunu başlayıb.

"Report"un məlumatına görə, "Neftçi Arena"da keçirilən matç saat 19:00-da start götürüb.

Görüşün baş hakimi Rəvan Həmzəzadədir.

“Neftçi”: 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 8. Emin Mahmudov, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 13. Emil Səfərov, 91. Ağadadaş Salyanski, 14. Edvin Kuç, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek.

“Qarabağ”: 99. Mateus Koxalski, 24. Aleksey İsayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 2. Mateus Silva, 15. Leandro Andrade.

Qeyd edək ki, Ağdam təmsilçisi 53 xalla liderdir. "Ağ-qaralar" 24 xalla 6-cı pillədə qərarlaşıb.

Foto: Ehtiram Cəbiyev

Futbol
Argentina millisinin baş məşqçisinin müqaviləsi uzadılıb

Argentina millisinin baş məşqçisinin müqaviləsi uzadılıb

Futbol
Azərbaycan Premyer Liqası: Autsayderlərin duelində qonaqlar qələbə qazanıb

Azərbaycan Premyer Liqası: Autsayderlərin duelində qonaqlar qələbə qazanıb

Futbol
Azərbaycan Premyer Liqası: Bu gün təxirə salınmış oyun keçiriləcək

Azərbaycan Premyer Liqası: Bu gün təxirə salınmış oyun keçiriləcək

Futbol
Pelenin dəfn olunacağı tarix açıqlanıb

Pelenin dəfn olunacağı tarix açıqlanıb

Futbol
Moldova klubu azərbaycanlı baş məşqçi ilə vidalaşıb

Moldova klubu azərbaycanlı baş məşqçi ilə vidalaşıb

Futbol
Çempionlar Liqası: Bu gün 1/8 finalın püşkü atılacaq

Çempionlar Liqası: Bu gün 1/8 finalın püşkü atılacaq

Futbol
UEFA Rusiyada beynəlxalq turnir təşkil edəcək

UEFA Rusiyada beynəlxalq turnir təşkil edəcək

Futbol
Növbəti "Qızıl top" mükafatı üçün əsas namizədlər bəlli olub

Növbəti "Qızıl top" mükafatı üçün əsas namizədlər bəlli olub

Futbol
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" autsayderə qalib gəlib

Azərbaycan Premyer Liqası: "Turan Tovuz" autsayderə qalib gəlib

Futbol
Joze Alesio: "Çempionlar Liqasının startınadək boşluğu doldurmalıyıq"

Joze Alesio: "Çempionlar Liqasının startınadək boşluğu doldurmalıyıq"

Futbol
Jerar Pike karyerasını başa vurur

Jerar Pike karyerasını başa vurur

Futbol
DÇ-2022: Futbolçu FİFA direktorunu vurub

DÇ-2022: Futbolçu FİFA direktorunu vurub