Azərbaycanın həndbol millisi bu gün Nigeriya ilə üz-üzə gələcək
Azərbaycan millisi həndbolu inkişafda etməkdə olan ölkələrin çempionatında növbəti oyununu bu gün keçirəcək.
"Report"un məlumatına görə, B qrupunda yer alan yığma Bolqarıstanın Varna şəhərində təşkil olunan turnirdə Nigeriya ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 17:45-də start götürəcək. Azərbaycan millisi ötən gün Moldovaya 21:33 hesabı ilə uduzub.
Qeyd edək ki, martın 13-də yığmanın rəqibi ABŞ olacaq.

https://qalaba.az//uploads/photo/azerbaycanin-hendbol-millisi-bu-gun-nigeriya-ile-uz-uze-gelecek.webp











