“Real Madrid” İspaniyanın Futbol Kubokunun ilk finalçısı olub

“Real Madrid” İspaniyanın Futbol Kubokunun ilk finalçısı olub

“Real Madrid” İspaniya Futbol Kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Real Sosyedad” ilə əlavə vaxtda 4-4 bərabərə qalıb və turnirin finalına yüksəlib.

"Report"un məlumatına görə, görüş Madriddə "Santyaqo Bernabeu" stadionunda baş tutub.

Qarşılaşmanın 16-cı dəqiqəsində "Real Sosyedad"ın hücumçusu Ander Barreneçea hesabı açıb. 30-cu dəqiqədə "Real Madrid"in hücumçusu Endrik hesabda bərabərliyi bərpa edib. 72-ci dəqiqədə “Real Madrid”in müdafiəçisi David Alaba avtoqola imza atıb. 80-ci dəqiqədə hücumçu Mikel Oyarsabal baskların üçüncü qolunu vurub.

İkinci hissənin sonunda Madrid klubu yenidən hesabı bərabərləşdirə bilib. Yarımmüdafiəçilər Cud Bellinhem və Orelyen Tçouameni fərqlənib. İkinci hissəyə əlavə edilmiş vaxtda Oyarsabal dubla imza ataraq komandaları əlavə vaxta göndərib.

Qarşılaşmanın 115-ci dəqiqəsində Antonio Rüdiger həlledici qola imza atıb.

Beləliklə, “Real Madrid” 2024/2025-cü illər mövsümündə İspaniya Kubokunun ilk finalçısı olub. Digər yarımfinalçı isə "Atletiko Madrid" - "Barselona"nın cavab matçının nəticələrinə görə müəyyənləşəcək. İlk görüş 4:4 hesabı ilə başa çatıb.

Futbol
“Araz-Naxçıvan”ın “Kayrat”la oyunları üçün hakim təyinatları açıqlanıb

“Araz-Naxçıvan”ın “Kayrat”la oyunları üçün hakim təyinatları açıqlanıb

Futbol
Samir Əliyev: "Əsas hədəf qısa müddətdə heyəti formalaşdırmaqdır"

Samir Əliyev: "Əsas hədəf qısa müddətdə heyəti formalaşdırmaqdır"

Futbol
Norveçli futbolçu Rusiya klubuna qayıtdığı üçün yığmadan qovulub

Norveçli futbolçu Rusiya klubuna qayıtdığı üçün yığmadan qovulub

Futbol
Lui van Qal Niderland yığmasını tərk edir

Lui van Qal Niderland yığmasını tərk edir

Futbol
“Kəpəz” – “Qarabağ” oyununda kütləvi dava düşüb, 7 futbolçu diskvalifikasiya olunub

“Kəpəz” – “Qarabağ” oyununda kütləvi dava düşüb, 7 futbolçu diskvalifikasiya olunub

Futbol
AFFA “Qarabağ” və “Neftçi”nin futbolçularını cəzalandırıb

AFFA “Qarabağ” və “Neftçi”nin futbolçularını cəzalandırıb

Futbol
“Qalatasaray” PSJ-dən Mauro İkardini sıralarına qatıb

“Qalatasaray” PSJ-dən Mauro İkardini sıralarına qatıb

Futbol
Benzema zədə səbəbindən futbol üzrə dünya çempionatını buraxacaq

Benzema zədə səbəbindən futbol üzrə dünya çempionatını buraxacaq

Futbol
La Liqa klubu baş məşqçisini istefaya göndərib

La Liqa klubu baş məşqçisini istefaya göndərib

Futbol
Qurban Qurbanov: “Danışmaq üçün asan gün deyil”

Qurban Qurbanov: “Danışmaq üçün asan gün deyil”

Futbol
"Qızıl top" mükafatının qalibi bəlli olub

"Qızıl top" mükafatının qalibi bəlli olub

Futbol
UEFA "Qarabağ"dan reportaj hazırlayıb

UEFA "Qarabağ"dan reportaj hazırlayıb