Azərbaycan paracüdoçuları Şamaxıda təlim-məşq toplanışına start veriblər
Azərbaycanın qadınlardan ibarət paracüdoçuları Şamaxı Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına start veriblər.
"QELEBE.AZ" xəbər verir ki, toplanışa Şəhanə Hacıyeva (52 kq), Elnarə Nizamlı (60 kq), Dürsədəf Kərimova (70 kq) və Xatirə İsmiyeva (+70 kq) qatılıb.
Aprelin 13-dək davam edəcək hazırlıq prosesinə baş məşqçi Ramin İbrahimov rəhbərlik edir.

https://qalaba.az//uploads/photo/azerbaycan-paracudochulari-shamaxida-telim-meshq-toplanishina-start-veribler.webp











