Gimnastlarımızdan beynəlxalq turnirdə 4 medal - FOTO

Gimnastlarımızdan beynəlxalq turnirdə 4 medal - FOTO

Fransanın Tuluza şəhərində aerobika gimnastikası üzrə beynəlxalq turnir keçirilib. 

QELEBE.AZ xəbər verir ki, Azərbaycan millisi yarışı 4 medalla başa vurub. 

Qarışıq cütlükdə Mədinə Mustafayeva və Vladimir Dolmatov 19,800 xalla qızıl medal qazanıb. Böyüklərdən ibarət qrup - Mədinə Mustafayeva, Vladimir Dolmatov, Sara Əlixanlı, Dilarə Qurbanova və Xədicə Quliyeva (15,118 xal) yeri tutub.

Gənclər kateqoriyasında çıxış edən üçlük - Evelina Kozlovskaya, Fidan İbrahimova və Leyla Əhmədova 16,250 xalla bürünc medalın sahibi olub.

Böyüklərdən ibarət üçlük - Dilarə Qurbanova, Leyla Bejanova və Arzu Ağayeva isə 17,413 xalla fəxri pillənin üçüncü pilləsinə yüksəlib.