"Araz-Naxçıvan" rusiyalı baş məşqçisi ilə yeni müqavlə imzalayıb
"Araz-Naxçıvan" futzal klubu rusiyalı baş məşqçisi Yevqeni Kukseviçlə yeni müqavilə imzalayıb.
Bu barədə "QELEBE.AZ"a klubun vitse-prezidenti Mahmud Sadıqov məlumat verib.
Rusiyalı mütəxəssislə yeni müqavilənin müddəti 1 illikdir. Bununla yanaşı, futzalçılardan Covanni ilə də eyni müddətə yeni müqavilə imzalanıb.
Qeyd edək ki, Naxçıvan təmsilçisi Azərbaycan Yüksək Liqasının 2024/2025 mövsümünün qalibi olub.

https://qalaba.az//uploads/photo/araz-naxchivan-rusiyali-bash-meshqchisi-ile-yeni-muqavle-imzalayib.webp











