Futbolda yeni qayda: Qapıçı əlində topu çox saxlasa...
UEFA "6 saniyə" qaydasını yeniləyib.
QELEBE.AZ Bild nəşrinə istinadən xəbər verir ki, artıq əvvəlki kimi qapıçı topu əlində 6 saniyədən çox saxlasa sərbəst zərbə verilməyəcək.
Yeni qaydalara əsasən, qapıçı topu əlində 8 saniyədən çox tutarsa, rəqib komandanın lehinə künc zərbəsi veriləcək.
Hakim son 5 saniyəni əli ilə görülə biləcək şəkildə geri sayım edəcək.
Bu qayda bu gündən etibarən bütün UEFA turnirlərində keçərli olacaq.

https://qalaba.az//uploads/photo/futbolda-yeni-qayda-qapichi-elinde-topu-chox-saxlasa.webp