"Sabah"ın baş məşqçisi: "Avrokubok matçları həmişə həyəcanlı olur"

"Sabah"ın baş məşqçisi: "Avrokubok matçları həmişə həyəcanlı olur"

Avrokubok matçları həmişə önəmli və həyəcanlı olur.

"Report"un məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas deyib.

Mütəxəssis Bakıda Sloveniyanın "Sele" komandasına qarşı keçirəcəkləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Biz də bu matçı səbirsizliklə gözləyirik. Rəqibin böyük təcrübəsi var. Ötən mövsüm avrokuboklarda sürprizlər edib. Azarkeşlərimizi stadiona dəvət edirəm. Söz verirəm ki, ən yaxşı oyunumuzu göstərəcəyik"

Dambrauskasın sözlərinə görə bu cür qarşılaşmalarda kiçik detallar həlledici olur:

"Rəqibi təhlil edirik. Qısa informasiyamız var. Çünki ötən mövsümdəki əsas oyunçularından bəziləri ilə yolları ayırıblar. Həm də cəmi bir yoxlama oyunu keçiriblər. Bunlar müsbət məqamlardır. Amma mövsümün əvvəlində komandaların durumu tam aydın olmur. Öz kollektivimi gördüm, necə istəkli olduqlarını hiss etdim. İnanıram ki, belə istəklə çalışmağa davam etsək, yaxşı nəticələr əldə edə bilərik".

Baş məşqçi belə matçlarda gərginliyin çox olduğunu vurğulayıb:

"Çünki rəqibi elə də yaxşı tanımırsan, amma 10-15 dəqiqə sonra gərginlik itir. Bu da Normal haldır. Həyəcanlı deyiləm, narahatlığım da yoxdur. İki həftə ərzində yaxşı məşqlərimiz olub. Komandama inanıram. Hər şeyin fərqindəyik. İki həftə təlim-məşq toplanışı üçün qısa vaxt olsa da, çox pozitiv məqamlar gördük"

Qeyd edək ki, iyulun 10-da "Bank Respublika Arena"da baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək. Cavab görüşü iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Futbol
Milli komandanın 25 futbolçusu bioloji yaş testindən keçməkdən imtina edib

Milli komandanın 25 futbolçusu bioloji yaş testindən keçməkdən imtina edib

Futbol
Mamadu Kane: "Neftçi" derbidə "Qarabağ"a qalib gələcək"

Mamadu Kane: "Neftçi" derbidə "Qarabağ"a qalib gələcək"

Futbol
ANOC-un prezidenti bəlli olub

ANOC-un prezidenti bəlli olub

Futbol
"Sumqayıt" komandasının yeni baş məşqçisi açıqlanıb

"Sumqayıt" komandasının yeni baş məşqçisi açıqlanıb

Futbol
"Araz Naxçıvan" 5 oyunçusu ilə vidalaşıb

"Araz Naxçıvan" 5 oyunçusu ilə vidalaşıb

Futbol
Azərbaycan Premyer Liqasının oyunundan sonra baş məşqçi ilə futbolçu dalaşıb

Azərbaycan Premyer Liqasının oyunundan sonra baş məşqçi ilə futbolçu dalaşıb

Futbol
"Şamaxı" klubu daha bir futbolçusu ilə vidalaşıb

"Şamaxı" klubu daha bir futbolçusu ilə vidalaşıb

Futbol
Fransa millisinin futbolçusu dünya çempionatını buraxacaq

Fransa millisinin futbolçusu dünya çempionatını buraxacaq

Futbol
“Qarabağ”ın ev oyunlarını keçirəcəyi stadion dəyişib

“Qarabağ”ın ev oyunlarını keçirəcəyi stadion dəyişib

Futbol
Bu gün Premyer Liqada Azərbaycan derbisi keçiriləcək

Bu gün Premyer Liqada Azərbaycan derbisi keçiriləcək

Futbol
"Kəpəz" Antalyadakı ilk yoxlama oyununda qələbə qazanıb

"Kəpəz" Antalyadakı ilk yoxlama oyununda qələbə qazanıb

Futbol
Didye Deşam AVRO-2024-ün sonuna qədər Fransa millisində qalacaq

Didye Deşam AVRO-2024-ün sonuna qədər Fransa millisində qalacaq