"Karvan"ın yeni baş məşqçisi: "Komandanın Premyer Liqada daimi iştirakı üçün əlimizdən gələni edəcəyik"

"Karvan"ın yeni baş məşqçisi: "Komandanın Premyer Liqada daimi iştirakı üçün əlimizdən gələni edəcəyik"

"Karvan"ın yeni baş məşqçisi Azər Həşimov klubun Premyer Liqada daimi iştirakı üçün əlindən gələni edəcək.

Bunu "Report"a 40 yaşlı mütəxəssis özü bildirib.

O, Yevlax təmsilçisinə təyinatı ilə bağlı danışarkən komandanın hədəflərini açıqlayıb:

"İnşallah, hər şeyin yaxşı olacağına inanıram. Əsas seleksiya işləridir ki, futbolçular keyfiyyətli olsun və komanda Premyer Liqada yaxşı yer tutsun. Transfer çalışmalarını davam etdiririk. Legioner və yerli futbolçuların gəlişi davam edəcək. Amma konket ad çəkə bilmərəm. Çünki hər şeyin peşəkar səviyyədə olması üçün rəsmi məlumatları gözləməliyik".

A.Həşimov klubun sabiq baş məşqçisi, hazırkı vitse-prezidenti Kənan Kərimov tərəfindən dəvət aldığını söyləyib:

"Ona təşəkkürümü bildirirəm ki, mənə bu məsul vəzifəni tapşırdı. Gənc mütəxəssislərə güvənmək olduqca yaxşı haldır. Son illər Azərbaycan futbolunda bunun müsbət nümunələrini görmüşük. Məşqçilik karyeramda nə öyrənmişəmsə, ən yaxşısını etməyə çalışacağam. Marafon uzundur. İnşallah, azarkeşlərin də dəstəyini arxamıza alaraq bu çətin yolda irəliləyəcəyik. Uzun illər sonra komanda Premyer Liqaya vəsiqə qazandı. Komandanı yenidən aşağı dəstəyə göndərməyə haqqımız yoxdur. Yevlaxda futbol sevilir. "Karvan" UEFA Kubokunda ilk dəfə mərhələ adlayaraq Azərbaycanda tarix yazmış komandadır".

Futbol
Estoniyalı futbolçu: "Neftçi"nin çıxışı arzuolunan səviyyədə deyil"

Estoniyalı futbolçu: "Neftçi"nin çıxışı arzuolunan səviyyədə deyil"

Futbol
"Atletiko" və "Barselona"nın futbolçuları 12 oyunluq diskvalifikasiya oluna bilər

"Atletiko" və "Barselona"nın futbolçuları 12 oyunluq diskvalifikasiya oluna bilər

Futbol
Konfrans Liqası: Bu gün pley-offun bütün iştirakçıları bəlli olacaq

Konfrans Liqası: Bu gün pley-offun bütün iştirakçıları bəlli olacaq

Futbol
"Neftçi"də zədəli futbolçuların son durumu açıqlanıb

"Neftçi"də zədəli futbolçuların son durumu açıqlanıb

Futbol
Levandovski Ronaldunun nailiyyətini geridə qoyub

Levandovski Ronaldunun nailiyyətini geridə qoyub

Futbol
Premyer Liqa: "Sumqayıt" "Şamaxı" ilə heç-heçə edib

Premyer Liqa: "Sumqayıt" "Şamaxı" ilə heç-heçə edib

Futbol
Azərbaycanın FIFA referiləri təyinat alıb

Azərbaycanın FIFA referiləri təyinat alıb

Futbol
Qurban Qurbanov: "Uğursuz seriya haqqında düşünmürük"

Qurban Qurbanov: "Uğursuz seriya haqqında düşünmürük"

Futbol
Prosineçkinin "Neftçi"yə keçəcəyi ilə bağlı xəbər yayılıb, mütəxəssis iddialara aydınlıq gətirib

Prosineçkinin "Neftçi"yə keçəcəyi ilə bağlı xəbər yayılıb, mütəxəssis iddialara aydınlıq gətirib

Futbol
Ukraynalı baş məşqçi "Sumqayıt"la danışıqlar apardığını təsdiqləyib

Ukraynalı baş məşqçi "Sumqayıt"la danışıqlar apardığını təsdiqləyib

Futbol
Premyer Liqa: “Qarabağ” “Neftçi”ni darmadağın edib

Premyer Liqa: “Qarabağ” “Neftçi”ni darmadağın edib

Futbol
Mahir Emreli növbəti dəfə zədələnib

Mahir Emreli növbəti dəfə zədələnib