Toğrul Əsgərov: "Avropa və dünya çempionatında 3 çəkidə 2 medal qazanmaq böyük uğurdur"

Toğrul Əsgərov: "Avropa və dünya çempionatında 3 çəkidə 2 medal qazanmaq böyük uğurdur"

Avropa və dünya çempionatında 3 çəkidə 2 medal qazanmaq böyük uğurdur.

"Report" Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu 20 yaşadək qadın güləşçilərdən ibarət yığmanın baş məşqçi əvəzi Toğrul Əsgərov deyib.

O, milli üzvlərinin Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatındakı çıxışından danışıb:

“U-20 Avropa çempionatında 3 idmançımızdan 2-si qızıl medal qazanmışdı. Bu yarışda da eyni nəticəni gözləyirdik. Buna çox yaxın idik. Günay yarımfinalda, Ruzanna isə finalda son anda qələbəni əldən verdi. Yeniyetmə və gənclərdə belə halların yaşanmasına normal baxıram. Azu edirəm ki, bu səhvləri böyüklərin dünya çempionatında, Olimpiya Oyunlarında təkrarlamayaq. Daha çox çalışaq, daha çox əzmkarlıq göstərək. Komandamız gənc, yolumuz uzun, hədəfimiz çox böyükdür. Federasiya tərəfindən güclü dəstək var. Çalışacağıq ki, bu dəstəyin, diqqətin layiqincə cavabını verək. İnşallah, hər şey istədiyimiz kimi olar. Bəzən ardıcıl yarışlarda iştirak qızlarda psixoloji yorğunluğa səbəb olur. Bütün bunlara baxmayaraq, həm Avropa, həm də dünya çempionatında 3 çəkidə 2 medal qazanmaq böyük uğurdur. Bu qızların böyük potensiala sahib olmaları çox sevindirici haldır”.

Qeyd edək ki, Azərbaycanın qadın güləşçiləri dünya çempionatında 1 gümüş və 1 bürünc medal qazanıblar.

Fərdi
Dünya çempionatı: Azərbaycan cüdoçusu 1/4 finala yüksəlib

Dünya çempionatı: Azərbaycan cüdoçusu 1/4 finala yüksəlib

Fərdi
Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində növbəti qaliblər bəlli olub

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində növbəti qaliblər bəlli olub

Fərdi
Azərbaycan Qran-prisinin tarixinin dəyişdirilmə səbəbi açıqlanıb

Azərbaycan Qran-prisinin tarixinin dəyişdirilmə səbəbi açıqlanıb

Fərdi
"Formula 1": Sprint yarışlarının sayı artırılıb

"Formula 1": Sprint yarışlarının sayı artırılıb

Fərdi
Fernando Alonso Hemiltonu axmaq adlandırdığı üçün üzr istəyib

Fernando Alonso Hemiltonu axmaq adlandırdığı üçün üzr istəyib

Fərdi
Federer karyerasını məğlubiyyətlə başa vurub

Federer karyerasını məğlubiyyətlə başa vurub

Fərdi
Azərbaycan cüdoçusu mükafatlandırılma mərasimində ağlayıb

Azərbaycan cüdoçusu mükafatlandırılma mərasimində ağlayıb

Fərdi
Naxçıvanda Ümumdünya Şahmat Olimpiadası keçiriləcək

Naxçıvanda Ümumdünya Şahmat Olimpiadası keçiriləcək

Fərdi
Bakıda yunan-Roma güləşi üzrə Dünya Kuboku start götürür

Bakıda yunan-Roma güləşi üzrə Dünya Kuboku start götürür

Fərdi
Azərbaycan şahmatçılarının çıxış etdiyi mundialda rapid növündə qaliblər bəlli olacaq

Azərbaycan şahmatçılarının çıxış etdiyi mundialda rapid növündə qaliblər bəlli olacaq

Fərdi
Boks üzrə Azərbaycan millisi Qazaxıstanda beynəlxalq turnirə qatılacaq

Boks üzrə Azərbaycan millisi Qazaxıstanda beynəlxalq turnirə qatılacaq

Fərdi
Azərbaycan taekvondoçusu Avropa ikincisi olub

Azərbaycan taekvondoçusu Avropa ikincisi olub