“Yuventus”dan növbəti qələbə
İtaliya A Seriyasının 2-ci turunda “Cenoa” öz meydanında “Yuventus”u qəbul edib.
QELEBE.AZ xəbər verir ki, “Luici Ferraris” stadionunda baş tutan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda yeganə qol 73-cü dəqiqədə vurulub. Turin klubunun serbiyalı hücumçusu Duşan Vlahoviç fərqlənib. Bu qol futbolçu üçün mövsümün ilk iki turunda ikinci qolu olub.
Qeyd edək ki, “Yuventus” turnir cədvəlində iki oyundan 6 xal toplayaraq ikinci pillədə qərarlaşıb. “Cenoa” isə 2 turdan sonra 1 xalla 15-ci yerdədir.

https://qalaba.az//uploads/photo/yuventusdan-novbeti-qelebe.webp