Super Liqa: “Fənər” “Samsunspor”la bacarmadı
Türkiyə Super Liqasında VIII tura yekun vurulub.
Apasport.az xəbər verir ki, son gün 4 qarşılaşma baş tutub.
Burak Yılmazın baş məşqçisi olduğu "Qaziantepspor" səfərdə "Fatih Karagümrük"lə üz-üzə gəlib. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Turun son matçında isə "Fənərbaxça" "Samsunspor"la qarşılaşıb. Gərgin keçən qarşılaşmada qol qeydə alınmayıb. Oyun 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.
Türkiyə Super Liqası
VIII tur
15:30. "Kasımpaşa" - "Konyaspor" - 1:1
18:00. "Karagümrük" - "Qaziantepspor" - 0:2
21:00. "Göztəpə" - "Başakşəhər" - 1:0
21:00. "Samsunspor" - "Fənərbaxça" - 0:0

https://qalaba.az//uploads/photo/super-liqa-fener-samsunsporla-bacarmadi.webp