Ayxan Abbasov: “İnkişaf etmək üçün riskə getməliyik”

Ayxan Abbasov: “İnkişaf etmək üçün riskə getməliyik”

“İnkişaf etmək üçün riskə getməliyik”.

“Report”un məlumatına görə, bunu “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov “Qarabağ”a 2:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XIX tur oyunundan sonra mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis maraqlı oyun alındığını bildirib: “Üçüncü dövrəyə xalla başlamaq istəyirdik. Doğma azarkeşlərimiz önündə çıxış edirdik. Məncə, maraqlı oyun oldu. Yəqin ki, azarkeşlər futboldan həzz ala bildilər. Son dəqiqələrdə yol verdiyimiz diqqətsizlik pis təsir elədi. Amma ümumilikdə futbolçularımdan razı qaldım. Bu tempi saxlamaq vacibdir. Qarşıda bizi çox çətin mübarizə gözləyir. “Qarabağ”a da Konfrans Liqasında uğurlar arzulayıram”.

Abbasov zədədən qayıdan Xulu Siyanda və Henri Okebuqvunun hazırkı durumuna aydınlıq gətirib: “Xulu Siyanda ikinci hissədə çıxış etdi. İki aya yaxın idi ki, oynamırdı. Antalyadakı yoxlama görüşlərində onu sınaqdan keçirmişdik, yaxşı təsir bağışlamışdı. Henri Okebuqvu zədədən sonra hələ tam formasında deyil. Qarşıdakı matçlarda ona da şans veriləcək”.

Baş məşqçi yeni transfer Denis Mandariç və Belaydi Pusi ilə bağlı ilkin təəssüratlarını da bölüşüb: “Denis Mandariç bizimlə birlikdə təlim-məşq toplanışında olmuşdu. Meydançada 90 dəqiqə mübarizə aparmaq çətindir. Çünki oyun praktikası azdır. Məncə, bu gün ən yaxşılardan idi. Belaydi Pusi bir həftədir bizə qoşulub. Bu gün ona görə meydana buraxdım ki, çempionatımızı hiss etsin. Komandada rəqabət olmasını istəyirik. Onlardan razı qaldım”.

Təcrübəli mütəxəssis hər üç topu başla buraxmalarını müdafiədəki diqqətsizliklə əlaqələndirib: “Qışa qədər ən yaxşı cəhətimiz o idi ki, standart vəziyyət zamanı diqqətli olurduq. Ancaq bu gün hər üç topu “ikinci mərtəbə”dən buraxdıq. Deməli, bu baxımdan işləməliyik. Bəzi futbolçularımız daha diqqətli olmalıdırlar. “Qarabağ”la oynayırsansa, müdafiədə boşluqlar olacaq. Unutmayaq ki, qarşımızdakı komanda da “Qarabağ” idi”.

Futbol
Murad Musayev: "Qərarlaşdığımız mövqeyə layiq olduğumuzu düşünürəm"

Murad Musayev: "Qərarlaşdığımız mövqeyə layiq olduğumuzu düşünürəm"

Futbol
Azərbaycan yığması Millətlər Liqasını darmadağınla başa vurub

Azərbaycan yığması Millətlər Liqasını darmadağınla başa vurub

Futbol
Elxan Səmədov: “Gələn mövsüm Premyer Liqada komanda sayının artacağına inanmıram”

Elxan Səmədov: “Gələn mövsüm Premyer Liqada komanda sayının artacağına inanmıram”

Futbol
Marko Veşoviç: “Səbail” Azərbaycan çempionatının ən zəif komandasıdır”

Marko Veşoviç: “Səbail” Azərbaycan çempionatının ən zəif komandasıdır”

Futbol
Azərbaycan millisinin futbolçusu baş məşqçisiz qalıb

Azərbaycan millisinin futbolçusu baş məşqçisiz qalıb

Futbol
Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub

Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub

Futbol
"Qarabağ"ın sabiq futbolçusu III liqa klubuna keçib

"Qarabağ"ın sabiq futbolçusu III liqa klubuna keçib

Futbol
"Bavariya"nın iki əsas müdafiəçisi Çempionlar Liqası oyununu buraxacaq

"Bavariya"nın iki əsas müdafiəçisi Çempionlar Liqası oyununu buraxacaq

Futbol
İcra başçısı stadion məsələsində "Kəpəz"ə dəstək olacaq

İcra başçısı stadion məsələsində "Kəpəz"ə dəstək olacaq

Futbol
DÇ-2022: Argentina Niderlandı məğlub edərək yarımfinala çıxıb

DÇ-2022: Argentina Niderlandı məğlub edərək yarımfinala çıxıb

Futbol
Yurgen Klopp "Liverpul"un sükanı arxasında yubiley oyununa çıxıb

Yurgen Klopp "Liverpul"un sükanı arxasında yubiley oyununa çıxıb

Futbol
Eddi İsrafilov: "Bəzi oyunlarda vacib xallar itirmişik"

Eddi İsrafilov: "Bəzi oyunlarda vacib xallar itirmişik"