"Feyenord" son on ildə ilk dəfə ardıcıl dörd matçda məğlub olub.
Xəbər verdiyimiz kimi, "Feyenord" Avropa Liqasında Rotterdamda "Seltik"lə qarşılaşıb və 3:1 hesabı ilə məğlub olub.
QELEBE.AZ xəbər verir ki, bu, "Feyenord"un liqa və Avropa yarışları arasında ardıcıl dördüncü məğlubiyyəti idi.
"Feyenord" 10 il ərzində, 2015/2016 mövsümündən bəri belə uzun bir məğlubiyyət seriyası yaşamamışdı.
Qeyd edək ki, komanda noyabrın 30-u Erediviziyada "Telstar" ilə üz-üzə gələcək.

https://qalaba.az//uploads/photo/quotfeyenordquot-son-on-ilde-ilk-defe-ardicil-dord-matchda-meglub-olub.webp