"Zaqreb Open": Azərbaycanın sərbəst güləşçiləri ilk gündə 5 medal qazanıblar

"Zaqreb Open": Azərbaycanın sərbəst güləşçiləri ilk gündə 5 medal qazanıblar

Azərbaycanın daha bir sərbəst güləşçisi Xorvatiyada keçirilən "Zaqreb Open"də bürünc medal qazanıb.

"Report"un  məlumatına görə, 74 kq-da Cəbrayıl Qadjiyev macarıstanlı Murad Kuramaqomedova 5:0 hesabı ilə qalib gələrək 3-cü yeri tutub.

Beləliklə, sərbəst güləşçilər reytinq turnirinin ilk gününü 5 medalla başa vurublar. Daha əvvəl Əliabbas Rzazadə (57 kq) qızıl, Hacı Əliyev (70 kq) gümüş, Əli Rəhimzadə (65 kq) və Xadjimurad Qadjiyev (70 kq) bürünc medala sahib çıxıblar.

22:38

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Xorvatiyada keçirilən "Zaqreb Open"də final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 70 kq-da yer alan üçqat dünya və üçqat Avropa çempionu həlledici qarşılaşmada ABŞ təmsilçisi Alek Uilyam Pantaleonu sınağa çəkib. Rəqibinə 2:5 hesabı ilə uduzan Əliyev ikinci yerlə kifayətlənib.

Əliyevlə eyni çəkidə çıxış edən Xadjimurad Qadjiyev isə hindistanlı Vişal Kaliramanı 10:0 hesabı ilə məğlub edərək, bürünc medala yiyələnib.

Qeyd edək ki, daha əvvəl Əliabbas Rzazadə (57 kq) qızıl, Əli Rəhimzadə (65 kq) isə bürünc medal əldə edib.

22:09

Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Xorvatiyada keçirilən "Zaqreb Open"də qızıl medal qazanıb.

"Report"un məlumatına görə, 57 kq-da çıxış edən idmançı finalda yaponiyalı Yuto Nişuçi ilə qarşılaşıb. Rəqibinə 2:0 hesabı ilə qalib gələn Rzazadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Eyni çəki dərəcəsində yer alan İslam Bazarqanov 3-cü yer uğrunda qarşılaşmada gürcüstanlı Beka Bujiaşviliyə sonuncu xal prinsipinə əsasən uduzub - 4:4.

65 kq-da mübarizə aparan Əli Rəhimzadə isə bürünc medal görüşündə yaponiyalı Ryoma Anrakunu 12:1 hesabı ilə üstələyib.

Fərdi
"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirinin reqlamenti açıqlanıb

"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirinin reqlamenti açıqlanıb

Fərdi
Alfonso Dominges: “Kubada qalsaydım, bir nömrə olardım”

Alfonso Dominges: “Kubada qalsaydım, bir nömrə olardım”

Fərdi
Azərbaycanın yeniyetmə və gənc kikboksçulardan ibarət millisi tarixi uğura imza atıb

Azərbaycanın yeniyetmə və gənc kikboksçulardan ibarət millisi tarixi uğura imza atıb

Fərdi
Şamaxıda badminton üzrə layihə həyata keçirilib

Şamaxıda badminton üzrə layihə həyata keçirilib

Fərdi
Tanınmış idmançılar onları narahat edən məsələlərlə bağlı Atletlər Komissiyasını məlumatlandırıb

Tanınmış idmançılar onları narahat edən məsələlərlə bağlı Atletlər Komissiyasını məlumatlandırıb

Fərdi
Azərbaycan taekvondoçusu ilin son yarışında çıxış edəcək

Azərbaycan taekvondoçusu ilin son yarışında çıxış edəcək

Fərdi
Taekvondo üzrə Azərbaycan birinciliyi və çempionatı keçiriləcək

Taekvondo üzrə Azərbaycan birinciliyi və çempionatı keçiriləcək

Fərdi
Olimpiya çempionu açıq havada ustad dərsi keçirəcək

Olimpiya çempionu açıq havada ustad dərsi keçirəcək

Fərdi
Elxan Məmmədov: "Millimiz Çexiyada öz sözünü deyəcək"

Elxan Məmmədov: "Millimiz Çexiyada öz sözünü deyəcək"

Fərdi
Avropa Kuboku: "Odlar Yurdu" 6-cı, "Vüqar Həşimov" 10-cu olub

Avropa Kuboku: "Odlar Yurdu" 6-cı, "Vüqar Həşimov" 10-cu olub

Fərdi
Nazim Sadıqov: "UFC-də çəkimi dəyişmək istəmirəm"

Nazim Sadıqov: "UFC-də çəkimi dəyişmək istəmirəm"

Fərdi
Avarçəkmə üzrə dünya və Avropa çempionatı Azərbaycanda keçirilə bilər

Avarçəkmə üzrə dünya və Avropa çempionatı Azərbaycanda keçirilə bilər