Azərbaycanı Sloveniyada təmsil edəcək cüdoçular bəlli olub
14–15 fevral tarixlərində Sloveniyanın paytaxtı Lyublyanada cüdo üzrə Avropa Açıq Turniri keçiriləcək.
QELEBE.AZ xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən yarışda ölkəmizi 5 çəki dərəcəsində 7 qadın cüdoçu təmsil edəcək.
İdmançılarımıza qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.
Beynəlxalq yarışda 44 ölkədən 509 idmançı (293 kişi, 216 qadın) qüvvəsini sınayacaq.
Cüdo millimizin turnir üçün heyəti isə belədir:
Qadınlar
-48 kq
Şəfəq Həmidova
-52 kq
Aydan Vəliyeva
Leyla Əliyeva
Könül Əliyeva
-57 kq
Fidan Əlizadə
-70 kq
Südabə Ağayeva
+78 kq
Madina Kaisinova

https://qalaba.az//uploads/photo/azerbaycani-sloveniyada-temsil-edecek-cudochular-belli-olub.webp