“Neftçi”də şok qərar: Abubakarla yollar ayrılır

“Neftçi”də şok qərar: Abubakarla yollar ayrılır

“Neftçi”nin Vensan Abubakarla bağlı planı müəyyənləşib.

“Apasport”a verilən məlumata görə, klub yayda ulduz hücumçu ilə yollarını ayıracaq.

Kamerunlu forvardın müqaviləsində yer alan “əlavə 1 il” bəndi aktivləşdirilməyəcək. 

Buna əsas səbəb Abubakarın gözləntiləri doğrultmaması olub. Forvardın bitmək bilməyən zədə problemi də rəhbərliyin onunla bağlı arzularını puç edib.

O, baş məşqçi Yuri Vernidubun da növbəti mövsüm üçün planlarında yer almayıb. Ukraynalı mütəxəssis hücumun sivri ucunda daha sürətli, dinamik oyunçu axtarışındadır. 

Həmçinin futbolçunun məvacibinin yüksək olması da “Neftçi”ni Abubakarla yolları ayırmağa sövq edib.

Hücumçunun adı dünən keçirilən "Qarabağ"la matçın (1:5) iştirak ərizəsinə də salınmayıb.

Qeyd edək ki, Vensan “ağ-qaralar”ın heyətinə mövsümün əvvəlində qoşulub. O, "Neftçi"də keçirdiyi 16 oyunda 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.