Laurentsiu Regekampf: “Oyunda ən neqativ hal hakimlik idi”

Laurentsiu Regekampf: “Oyunda ən neqativ hal hakimlik idi”

“Oyunda ən neqativ hal hakimlik idi”.

“Report”un məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf “Qəbələ ilə qolsuz bərabərə qaldıqları Azərbaycan Premyer Liqasının XXII tur oyunundan sonra mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis qarşılaşmanın ardından baş hakim Fərid Hacıyevin idarəçiliyindən narazılığını bildirib: “Hakimlik haqda heç vaxt danışmıram. Oyundan sonra onunla aramızda dialoq olmasına çalışdım. Bəlkə də onunla danışacaq səviyyədə deyiləm. Mənimlə dialoqa girmək istəmədi. İrad bildirdi ki, futbol oynamaq lazımdır. Cavabımda da dedim ki, futbol oynamağımız üçün imkan verməlisən. Hər dəqiqə matçı saxlayırdı, çoxlu səhvlər edirdi. Penalti qərarını verəndə heç epizodu görməmişdi. Hakim penaltini göstərdikdə ən azı 50 faiz qərarına əmin olmalıdır. Həmin epizoda görə bizi 4-5 dəqiqə saxladılar. Görüşün əsas vaxtına da cəmi 4 dəqiqə artırıldı. Həmin vaxtın da dəqiqə yarımında “Qəbələ”nin qapıçısı öz komanda yoldaşını vurdu, o da yerdə qaldı”.

48 yaşlı baş məşqçi qol imkanlarını dəyərləndirə bilmədiklərini söyləyib: “Yaratdığımız şanslara daha ciddi yanaşmalı və sadə oynamalıyıq. Belədə bizə daha yaxşı ola bilər. Hava şəraitinə görə meydança yaxşı vəziyyətdə idi. Ot bir az hündür idi, amma bunu normal hesab edirəm. Komandam futbol oynamağı xoşlayır. Futbolçular tez oynamaq istəyirlər. Bu cür şəriatdə belə hakimliklə oynamaq asan deyil. Hər iki komanda futbol göstərməyə çalışdı. Referinin epizodlarda lazımı yerdə olmadığını düşünürəm”.

Regekampf hücumda daha keyfiyyətli oynamağın vacibliyini vurğulayıb: “Daha çox qol vurmalıyıq. Kifayət qədər də şanslarımız olur. Oyunçuların bacarığından söhbət getmir. Hər yaratdığımız şansı yüz faizli qol kimi yanaşmırıq. Topa sahib olma bizdə olur, matça nəzarət edirik. Ancaq sonda qol vurmalıyıq. Bu gün də ikinci hissədə 3-4 epizodda daha sadə və tez oynasaydıq, asanlıqla qola yaxınlaşardıq”.

Təcrübəli mütəxəssis əlavə edib ki, qarşılaşmaya hazırlıqlarının əsas taktikası rəqibi irəlidə sıxmaq idi: “İlk hissədə bunu bacardıq. Rəqib müdafiədən uzun ötürmə ilə çıxırdılar. Ancaq “Qəbələ”yə topu verdikdə təhlükəli olurdular. Bu gün bizim günümüz deyildi. Əminəm ki, bir qol vursaydıq, rəqib açıq oyuna keçəcəkdi və bizim üçün daha asan olacaqdı”.

O, transfer çalışmaları barədə də məlumat verib: “Mən oyunçu gətirən şəxs deyiləm. Komandanı məşq etdirmək üçün buradayam. Komandamızın skautları var, onlar bu yöndə çalışırlar. Onlar mənə hansısa yaxşı rumıniyalı futbolçu təklif eləsələr, niyə qəbul etməyim? Skautlarla bərabər oyunçunu mən seçirəm”.

Futbol
“Napoli” “Latsio”nu məğlub edərək A Seriyasının lideri olub

“Napoli” “Latsio”nu məğlub edərək A Seriyasının lideri olub

Futbol
"Qarabağ" Avropa Liqası üçün iştirak ərizəsini açıqlayıb

"Qarabağ" Avropa Liqası üçün iştirak ərizəsini açıqlayıb

Futbol
Almaniyanın məşhur futbolçusu "Qarabağ"ın oyununda ekspert olacaq

Almaniyanın məşhur futbolçusu "Qarabağ"ın oyununda ekspert olacaq

Futbol
Azərbaycan yığması Millətlər Liqasını darmadağınla başa vurub

Azərbaycan yığması Millətlər Liqasını darmadağınla başa vurub

Futbol
Messi Maradona və Batistutanı geridə qoyub

Messi Maradona və Batistutanı geridə qoyub

Futbol
UEFA "Qarabağ"la bağlı paylaşım edib

UEFA "Qarabağ"la bağlı paylaşım edib

Futbol
İtaliya klubu Şevçenkonu qovduqdan 9 ay sonra onunla müqaviləni pozub

İtaliya klubu Şevçenkonu qovduqdan 9 ay sonra onunla müqaviləni pozub

Futbol
"Beşiktaş" baş məşqçisi ilə vidalaşır

"Beşiktaş" baş məşqçisi ilə vidalaşır

Futbol
Niderland millisinin üzvünə "Qızıl qaban" mükafatı verilib

Niderland millisinin üzvünə "Qızıl qaban" mükafatı verilib

Futbol
Ötən ilin ən yaxşı futbolçusu açıqlanıb

Ötən ilin ən yaxşı futbolçusu açıqlanıb

Futbol
"Zirə" Niger millisinin futbolçusu ilə müqavilə imzalayıb

"Zirə" Niger millisinin futbolçusu ilə müqavilə imzalayıb

Futbol
Gəncə şəhər stadionunda tikinti işləri ilin sonuna kimi başa çatdırılacaq

Gəncə şəhər stadionunda tikinti işləri ilin sonuna kimi başa çatdırılacaq