Ayxan Abbasov: “Qələbə üçün verilən mükafat artıb”

Ayxan Abbasov: “Qələbə üçün verilən mükafat artıb”

“Qələbə üçün verilən mükafat əvvəlki ilə müqayisədə artıb. Bu da komandaya əlavə motivasiya verir”.

“Report” xəbər verir ki, bunu “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov “Sabah”a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXIII tur oyunundan sonra mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis güclü rəqib üzərində inamlı qalibiyyət əldə etdiklərini bildirib: “Sabah”ın gücü bəllidir, onların nəyə qadir olduğunu bilirdik. Çempionatımızın ən güclü komandalarından biridir. Hətta “Qarabağ”la çempionluq uğrunda mübarizə aparırlar. Biz isə bu oyuna da əvvəlki matçlar kimi hazırlaşmışdıq. Oyunçularımdan ilk növbədə meydanda inamlı olmalarını istəmişdim. İnkişaf eləmək istəyiriksə, bu mübarizəni davam etdirməliyik. Azarkeşlərimizə də təşəkkür edirəm. Səfərdə oynamağımıza baxmayaraq, bizi tək qoymadılar, möhtəşəm idilər. Xallarımızı artırmaq istəyirik. Çünki mübarizə gündən-günə gərginləşir. Xal ehtiyatımızı artırıb daha rahat olmaq istəyirik”.

Qeyd edək ki, “Turan Tovuz” 26 xalla turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb.

Futbol
Ukraynalı baş məşqçi təyinatından 10 gün sonra istefaya göndərilib

Ukraynalı baş məşqçi təyinatından 10 gün sonra istefaya göndərilib

Futbol
Canni De Byazinin köməkçisi İtaliya klubunun baş məşqçisi olacaq

Canni De Byazinin köməkçisi İtaliya klubunun baş məşqçisi olacaq

Futbol
Mahmud Qurbanov: "Bütün komanda yaxşı oynadı"

Mahmud Qurbanov: "Bütün komanda yaxşı oynadı"

Futbol
AFFA “Qarabağ” və “Neftçi”ni cərimələyib

AFFA “Qarabağ” və “Neftçi”ni cərimələyib

Futbol
“Olimpiakos” – “Qarabağ” matçından əvvəl bir dəqiqəlik sükut olacaq

“Olimpiakos” – “Qarabağ” matçından əvvəl bir dəqiqəlik sükut olacaq

Futbol
"Sumqayıt" Araz Abdullayevlə müqaviləni ləğv edib

"Sumqayıt" Araz Abdullayevlə müqaviləni ləğv edib

Futbol
"Dinamo" Mahir Emreli ilə müqaviləni pozmaq istəyib

"Dinamo" Mahir Emreli ilə müqaviləni pozmaq istəyib

Futbol
Messi Ronaldunun rekordunu qırıb

Messi Ronaldunun rekordunu qırıb

Futbol
AFFA "Sabah" klubunun şikayətini təmin etməyib

AFFA "Sabah" klubunun şikayətini təmin etməyib

Futbol
Mahir Emreli: "Futbolçu bir az robot kimi olmalıdır"

Mahir Emreli: "Futbolçu bir az robot kimi olmalıdır"

Futbol
Messi millidə çıxışını davam etdirəcək

Messi millidə çıxışını davam etdirəcək

Futbol
Sergey Kleşenko: "Azərbaycan millisini yaxşı təhlili etmişik"

Sergey Kleşenko: "Azərbaycan millisini yaxşı təhlili etmişik"