FIFA reytinqi açıqlandı – Azərbaycan və Türkiyə gerilədi
FIFA kişi milli komandalarının yeni dünya reytinq cədvəlini açıqlayıb.
QELEBE.AZ xəbər verir ki, 2026-cı il dünya çempionatının nəticələri əsasında yenilənən siyahıda çempion İspaniya birinci pilləyə yüksəlib. Finalçı Argentina ikinci, Fransa isə üçüncü sırada qərarlaşıb. FIFA reytinqin iyulun 20-də yeniləndiyini açıqlayıb.
İlk “10-luq” belədir:
1. İspaniya
2. Argentina
3. Fransa
4. İngiltərə
5. Braziliya
6. Mərakeş
7. Portuqaliya
8. Belçika
9. Niderland
10. Meksika
Türkiyə millisi 5 pillə geriləyərək 22-ci yerdən 27-ci sıraya, Azərbaycan yığması isə 2 pillə geriləyərək 124-cü yerdən 126-cı pilləyə düşüb.
Qeyd edək ki, FIFA reytinqinin növbəti rəsmi yenilənməsi oktyabrın 7-də açıqlanacaq

https://qalaba.az//uploads/photo/fifa-reytinqi-achiqlandi-azerbaycan-ve-turkiye-geriledi.webp