"Şəfa" niderlandlı müdafiəçi transfer etdi – "1+1" illik müqavilə
"Şəfa" heyətini yeni futbolçu ilə gücləndirib.
QELEBE.AZ xəbər verir ki, Bakı klubu niderlandlı müdafiəçi Kristofer Mamengi ilə "1+1" illik müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı futbolçu karyerası ərzində Niderlandın "Utrext" və "Almere", həmçinin Kosovonun "Priştina" klublarında çıxış edib.
Qeyd edək ki, Kristofer Mamengi Niderlandın aşağı yaş qrupları üzrə milli komandalarının da formasını geyinib.

https://qalaba.az//uploads/photo/quotshefaquot-niderlandli-mudafiechi-transfer-etdi-quot11quot-illik-muqavile.webp