Yığmanın düşərgəsini özbaşına tərk edən Ronaldo cəzalandırıla bilər

Yığmanın düşərgəsini özbaşına tərk edən Ronaldo cəzalandırıla bilər

Portuqaliya millisində Kriştiano Ronaldo ilə bağlı gərgin vəziyyət yaranıb.

Apasport.az xəbər verir ki, 41 yaşlı futbolçu UEFA Millətlər Liqasında Norveçlə görüşdən sonra komandanın düşərgəsini tərk edib.

Portuqaliyanın Norveçi 2:1 hesabı ilə məğlub etdiyi matça ehtiyat oyunçular skamyasında başlayan Ronaldo ikinci hissədə isinməyə çıxsa da, meydana buraxılmayıb. Növbəti gün isə o, ehtiyatda qalan futbolçularla meydanda məşq etməyib, fərdi şəkildə zalda çalışıb.

Baş məşqçi Jorje Jezuş mətbuat konfransında Ronaldo ilə bağlı problem olmadığını bildirib. Portuqaliyalı mütəxəssis futbolçunun məşqdən imtina etmədiyini və meydanda oynamamaq qərarının yalnız ona aid olduğunu vurğulayıb:

“Baş məşqçi mənəm. Futbolçuya oynayıb-oynamayacağını mən deyirəm. Ona dedim ki, ehtiyatda olacaqsan. 30 dəqiqə ehtiyacım olsa, oynayacaqsan, olmasa, yox. Heç bir futbolçu mənim fikrimi dəyişə bilməz. Kriştiano da, başqası da”.

Jezuşun açıqlamasından qısa müddət sonra Ronaldo Kopenhagendəki “Parken” stadionunu tərk edib. Ronaldo Kopenhagendən şəxsi təyyarəsi ilə Madridə yollanıb.

Futbolçu daha sonra sosial şəbəkədə Portuqaliya Futbol Federasiyasının prezidenti Pedro Proensa ilə danışdıqdan sonra yığmanın düşərgəsindən ayrılmaq qərarı verdiyini açıqlayıb. O, səbəbləri daha sonra ictimaiyyətə açıqlayacağını bildirib. PFF də Ronaldonun düşərgədən ayrıldığını rəsmən təsdiqləyib.

Portuqaliya mətbuatında Ronaldonun intizam cəzası ilə üzləşə biləcəyi də yazılıb.

PFF-nin İntizam Əsasnaməsinin 160-cı maddəsinə əsasən, yığmanın məşqini, oyununu və ya tədbirini üzrlü səbəb olmadan tərk edən futbolçu 1 aydan 6 aya qədər futboldan uzaqlaşdırıla, həmçinin pul cəzasına məruz qala bilər. Federasiyanın futbolçunun bu əməlini necə dəyələndirəcəyi maraqla gözlənilir.

Portuqaliya millisi isə qarşıdakı Danimarka və Norveç oyunlarına qalan 24 futbolçu ilə hazırlaşacaq.

Qeyd edək ki, Ronaldonun Portuqaliya millisindəki gələcəyi ilə bağlı müxtəlif iddialar yayılsa da, futbolçu yığma karyerasını başa vurduğunu açıqlamayıb.

Futbol
Azərbaycan millisinin Estoniya ilə səfər oyununun stadionu açıqlanıb

Azərbaycan millisinin Estoniya ilə səfər oyununun stadionu açıqlanıb

Futbol
"Qarabağ"ın Belçika klubu ilə oyunlarının başlama saatı bəlli olub

"Qarabağ"ın Belçika klubu ilə oyunlarının başlama saatı bəlli olub

Futbol
Azərbaycan millisi Moldova ilə qarşılaşacaq

Azərbaycan millisi Moldova ilə qarşılaşacaq

Futbol
“Neftçi”nin baş məşqçisi: “Boqomolskiyə görə oyun sistemimizdə dəyişiklik etmişdik”

“Neftçi”nin baş məşqçisi: “Boqomolskiyə görə oyun sistemimizdə dəyişiklik etmişdik”

Futbol
Qaret Beyl peşəkar karyerasını başa vurub

Qaret Beyl peşəkar karyerasını başa vurub

Futbol
Aftandil Hacıyev: “Neftçi” “Qarabağ”dan üstündür”

Aftandil Hacıyev: “Neftçi” “Qarabağ”dan üstündür”

Futbol
Azərbaycan Premyer Liqasında son beş mövsümün azarkeş rekordu qeydə alınıb

Azərbaycan Premyer Liqasında son beş mövsümün azarkeş rekordu qeydə alınıb

Futbol
"Neftçi" nigeriyalı futbolçunu baxışa dəvət edib

"Neftçi" nigeriyalı futbolçunu baxışa dəvət edib

Futbol
AFFA İK "Zirə"nin futbolçusunun cəzasını azaldıb

AFFA İK "Zirə"nin futbolçusunun cəzasını azaldıb

Futbol
İngiltərə Premyer Liqasında VAR hakimlərinin 6 səhvi aşkarlanıb

İngiltərə Premyer Liqasında VAR hakimlərinin 6 səhvi aşkarlanıb

Futbol
Tanınmış baş məşqçi vergidən yayınmaqda ittiham olunur

Tanınmış baş məşqçi vergidən yayınmaqda ittiham olunur

Futbol
"Araz-Naxçıvan"ın futzalçısı: "Sürprizə imkan verməməliyik"

"Araz-Naxçıvan"ın futzalçısı: "Sürprizə imkan verməməliyik"