“Kəpəz” bombardiri transfer edir - QIŞDA KOMANDAYA QOŞULACAQ
“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
“Apasport”a verilən məlumata görə, Gəncə təmsilçisi Dileyn Açimini rənglərinə bağlamaq üzrədir.
“Sarı-göylər” “Gəncəbasar”ın hücumçusu ilə yaxından maraqlanır.
Tərəflərin ilkin şərtlərdə razılığa da gəldiyi bildirilir. Transferin qış dönəmində rəsmiləşməsi gözlənilir.
Qeyd edək ki, Açimi hazırda 9 qolla I Liqada ən məhsuldar futbolçudur.

https://qalaba.az//uploads/photo/kepez-bombardiri-transfer-edir-qishda-komandaya-qoshulacaq.webp