Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı - YENİLƏNİB
20 yaşadək qızlardan ibarət Azərbaycan voleybol millisi bu gün Avropa çempionatının I təsnifat mərhələsində mübarizəyə başlayıb.
Apasport.az xəbər verir ki, Gürcüstanın Rustavi şəhərində baş tutan EEVZA çempionatı çərçivəsində yığmamız ilk oyununu Polşa seçməsinə qarşı keçirib.
Görüş Bakı vaxtı ilə saat 15:30-da başlayıb. Qarşılaşma rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, millimiz oktyabrın 24-də isə eyni saatda Latviya yığması ilə qarşılaşacaq.

https://qalaba.az//uploads/photo/millimiz-avropa-chempionatina-meglubiyyetle-bashladi-yenilenib.webp