“Kəpəz”in rəsmi fan-şopu fəaliyyətə başladı
“Kəpəz” klubunun rəsmi fan-şopu – “1959 Store” fəaliyyətə başlayıb.
QELEBE.AZ xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Mağaza azarkeşlərin təşəbbüsü və klub rəhbərliyinin dəstəyi ilə yaradılıb.
“1959 Store”da həm uşaqlar, həm də böyüklər üçün xüsusi dizaynlı geyimlər, oyun və retro formalar, şərflər, eləcə də müxtəlif azarkeş aksesuarları satışa çıxarılıb.
Gəncə şəhər stadionunun mərkəzi girişində yerləşən mağaza hər gün saat 11:00-dan 19:00-dək fəaliyyət göstərəcək. “Kəpəz”in ev oyunları zamanı fan-şop matçın sonunadək açıq olacaq. Komandanın səfər qarşılaşmaları günlərində isə mağaza işləməyəcək.

https://qalaba.az//uploads/photo/kepezin-resmi-fan-shopu-fealiyyete-bashladi.webp