Çempionlar Liqası: “Turan”ın oyunu canlı yayımlanacaq

Çempionlar Liqası: “Turan”ın oyunu canlı yayımlanacaq

Qadın voleybolçulardan ibarət “Turan” komandasının CEV Çempionlar Liqasındakı növbəti qarşılaşması canlı yayımlanacaq.

QELEBE.AZ xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin II təsnifat mərhələsinin cavab oyununda Xorvatiyanın “Mladost” (Zaqreb) klubu ilə üz-üzə gələcək.

Oktyabrın 29-da Zaqrebdə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Voleybolsevərlər görüşü CBC Sport telekanalı vasitəsilə canlı izləyə biləcəklər.

Qeyd edək ki, komandalar arasında keçirilən ilk qarşılaşma “Turan”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.