Premyer Liqa: "Səbail" - "Neftçi" oyununda qalib müəyyənləşməyib

Premyer Liqa: "Səbail" - "Neftçi" oyununda qalib müəyyənləşməyib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun daha bir oyunu keçirilib.

"QELEBE.AZ" xəbər verir ki, günün ikinci matçında "Neftçi" səfərdə "Səbail"lə üz-üzə gəlib.

"ASCO Arena"dakı qarşılaşma 1:1 hesabı ilə bitib. Qonaqların heyətində 8-ci dəqiqədə Yeqor Boqomolski, "dənizçilər"də isə 32-ci dəqiqədə Maksim Çex fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 61-ə çatdıran "Neftçi" üçüncü pillədə qərarlaşıb. Meydan sahibləri 22 xalla sonuncu 10-cu sıradadır.

Qeyd edək ki, günün ilk görüşündə "Sabah" səfərdə "Turan Tovuz"a 2:0 hesabı ilə qalib gəlib. XXXI turun əvvəlki oyunlarında "Şamaxı" evdə "Kəpəz"lə 1:1, "Qarabağ" isə "Zirə" ilə 2:2 hesablı heç-heçə edib. Tura aprelin 23-də keçiriləcək "Sumqayıt" - "Qəbələ" görüşü ilə yekun vurulacaq.

17:37

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXXI turunda üz-üzə gələcək "Səbail" və "Neftçi"nin start heyətləri bəlli olub.

"QELEBE.AZ" xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

“Səbail”: 1. Emil Balayev 10. Ağabala Ramazanov (k) 2. Adil Nağıyev 96. İlkin Muradov 15. Vüqar Həsənov 8. Elmir Tağıyev 99. David Qomis 30. Franko Mazurek 88. Matiya Lyuyiç 5. Petro Stasyuk 4. Maksim Çex

Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev 14. Rahid Əmirquliyev 9. Mirabdulla Abbasov 6. Cabir Əmirli 7. Ruslan Hacıyev 3. Turan Manafov 55. Nihad Qurbanlı 22. Samir Abdullayev 27. Emil Martinov 11. Qoba Zakpa 21. Kizito Luvaqa 23. Qustavo de Fransa

Baş məşqçi: Şahin Diniyev

“Neftçi”: 30. Aqil Məmmədov (k) 14. Eddi İsrafilov 3. Höccət Haqverdi 17. Rəhman Hacıyev 19. Azər Salahlı 26. Ömər Buludov 2. Mert Çelik 21. İsmayıl Zülfüqarlı 23. Ataa Caber 18. Vato Arveladze 77. Yeqor Boqomolski

Ehtiyat oyunçular: 1. İvan Brkiç 93. Rza Cəfərov 8. Emin Mahmudov 37. Elton Əlibəyli 41. Samir Həsənov 6. Voyislav Stankoviç 10. Sezar Meza Kolli 4. Solomon Kverkveliya 5. Kenni Sayef 22. Kilan Lebon 9. Mateus Saldanya

Baş məşqçi: Laurentsiu Regekampf

Qeyd edək ki, bu gün "ASCO Arena"da oynanılacaq qarşılaşma saat 18:30-da başlayacaq.

Futbol
PSJ braziliyalı müdafiəçi ilə müqaviləni yeniləyir

PSJ braziliyalı müdafiəçi ilə müqaviləni yeniləyir

Futbol
"Real Madrid" Ançelotti ilə müqaviləni uzadır

"Real Madrid" Ançelotti ilə müqaviləni uzadır

Futbol
29 günlük futbol bayramı başlayır

29 günlük futbol bayramı başlayır

Futbol
"Neftçi"nin legioneri "Qəbələ" ilə oyunda zədələnib

"Neftçi"nin legioneri "Qəbələ" ilə oyunda zədələnib

Futbol
Çempionlar Liqası: Daha bir komanda 1/8 finala yüksəlib

Çempionlar Liqası: Daha bir komanda 1/8 finala yüksəlib

Futbol
"Şamaxı" klubu daha bir futbolçusu ilə müqaviləni yeniləyib

"Şamaxı" klubu daha bir futbolçusu ilə müqaviləni yeniləyib

Futbol
"Qızıl top" mükafatının qalibi bəlli olub

"Qızıl top" mükafatının qalibi bəlli olub

Futbol
"Qarabağ" və "Nant"ın start heyətləri açıqlanıb

"Qarabağ" və "Nant"ın start heyətləri açıqlanıb

Futbol
Dünya çempionu peşəkar futbolçu karyerasını başa vurub

Dünya çempionu peşəkar futbolçu karyerasını başa vurub

Futbol
FİFA-ya İranın DÇ-2022-dən kənarlaşdırılması xahişi ilə müraciət edilib

FİFA-ya İranın DÇ-2022-dən kənarlaşdırılması xahişi ilə müraciət edilib

Futbol
Çempionlar Liqası: "Leyptsiq"dən qələbə, Mahir Emrelinin komandası uduzub

Çempionlar Liqası: "Leyptsiq"dən qələbə, Mahir Emrelinin komandası uduzub

Futbol
Azərbaycanın futzal yığması səfərdə Yunanıstanı darmadağın edib

Azərbaycanın futzal yığması səfərdə Yunanıstanı darmadağın edib