Avropa Oyunları: Azərbaycan taekvondoçuları medal şansını itiriblər - YENİLƏNİB-3

Avropa Oyunları: Azərbaycan taekvondoçuları medal şansını itiriblər - YENİLƏNİB-3

Azərbaycan taekvondoçuları Polşada təşkil olunan III Avropa Oyunlarında medal şansını itiriblər.

“QELEBE.AZ”un məlumatına görə, kişi taekvondoçu Eltac Qafarov da yarışdakı çıxışını başa vurub.

74 kq çəki dərəcəsində çıxış edən idmançının 1/8 finalda uduzduğu rəqibi Stefan Takov (Serbiya) yarımfinala çıxa bilməyib. Takovun 1/4 finalda gürcüstanlı Zurab Kintsuraşviliyə məğlub olması E.Qafarovun bürünc medal şansını itirməsinə səbəb olub.

Qeyd edək ki, daha əvvəl qadın taekvondoçu Fəridə Əzizova (67 kq) 1/8 finalda məğlub olaraq, III Avropa Oyunları ilə erkən vidalaşıb.

16:44

Azərbaycan taekvondoçusu Eltac Qafarov Polşada keçirilən III Avropa Oyunlarında növbəti görüşünə çıxıb.

"QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 74 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 final mərhələsində serbiyalı Stefan Takovla üz-üzə gəlib.

Qafarov rəqibinə 0:2 hesabı ilə uduzub. Takov finala yüksəlsə, Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaq.

16:13

Azərbaycan taekvondoçusu Fəridə Əzizova Polşada keçirilən III Avropa Oyunlarında medal şansını itirib.

"QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, buna 67 kq çəki dərəcəsində çıxış edən idmançının uduzduğu rəqibin finala çıxa bilməməsi səbəb olub.

74 kq-dakı Eltac Qafarov isə 1/4 finalda serbiyalı Stefan Takovla üz-üzə gələcək.

11:52

Azərbaycan taekvondoçusu Fəridə Əzizova Polşada keçirilən III Avropa Oyunlarında mübarizəyə başlayıb.

"QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 67 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Athanasiya Mitsopoulou (Yunanıstan) ilə üz-üzə gəlib.

Qarşılaşma Əzizovanın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Mitsopoulou finala yüksəlsə, Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaq.

74 kq-dakı Eltac Qafarov isə rəqibi Lukaş Çudnoç (Polşa) zədə səbəbindən qarşılaşmaya çıxmadığı üçün 1/4 finala vəsiqə qazanıb.

Fərdi
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb

Fərdi
Dünya çempionatı: Elcan Hacıyev ipponla uduzub, Səid Mollayi gözləyir

Dünya çempionatı: Elcan Hacıyev ipponla uduzub, Səid Mollayi gözləyir

Fərdi
IBA Avropa çempionatında Ukrayna bayrağının qaldırılmasını qadağan edib

IBA Avropa çempionatında Ukrayna bayrağının qaldırılmasını qadağan edib

Fərdi
"Vüqar Həşimov Memorial-2022"də blits yarışlarına start verilib

"Vüqar Həşimov Memorial-2022"də blits yarışlarına start verilib

Fərdi
Əfsanəvi tennisçi 20 il sonra öz antirekordunu təkrarlayıb

Əfsanəvi tennisçi 20 il sonra öz antirekordunu təkrarlayıb

Fərdi
Federer karyerasını məğlubiyyətlə başa vurub

Federer karyerasını məğlubiyyətlə başa vurub

Fərdi
Azərbaycanın veteran güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Azərbaycanın veteran güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Fərdi
Dünya çempionatı: İlk gündə Azərbaycanın 3 güləşçisi mübarizə aparacaq

Dünya çempionatı: İlk gündə Azərbaycanın 3 güləşçisi mübarizə aparacaq

Fərdi
Boks üzrə Azərbaycan çempionatının ilk mükafatçıları bəlli olub

Boks üzrə Azərbaycan çempionatının ilk mükafatçıları bəlli olub

Fərdi
Vüqar Talıbov: "Qızıl medala hava-su kimi ehtiyacım var idi"

Vüqar Talıbov: "Qızıl medala hava-su kimi ehtiyacım var idi"

Fərdi
Azərbaycanın 15 boksçusu beynəlxalq turnirdə mübarizə aparacaq

Azərbaycanın 15 boksçusu beynəlxalq turnirdə mübarizə aparacaq

Fərdi
Fərid Qayıbov UNESCO-nun iclasına sədrlik edib

Fərid Qayıbov UNESCO-nun iclasına sədrlik edib