"Napoli" İtaliya millisinin üzvünü transfer edib
"Napoli" komandası İtaliya millisinin futbolçusunu transfer edib.
"QELEBE.AZ" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Neapol təmsilçisi Alessandro Buoncornonu sıralarına cəlb edib.
5 illik müqavilə 35 milyon avro qarşılığında baş tutub.
Qeyd edək ki, 25 yaşlı müdafiəçi son olaraq İtaliyanın "Torino" klubunda çıxış edib və ötən mövsüm 29 matçda 3 qol vurub.

https://qalaba.az//uploads/photo/napoli-italiya-millisinin-uzvunu-transfer-edib.webp











