"Qarabağ"ın futbolçusu: "Avropa Liqasında pley-offa vəsiqə qazanmaq istəyirik"

"Qarabağ"ın futbolçusu: "Avropa Liqasında pley-offa vəsiqə qazanmaq istəyirik"

Avropa Liqasında pley-offa vəsiqə qazanmaq istəyirik.

Bunu "QELEBE.AZ"a açəqlamasında "Qarabağ"ın Kabo-Verdedən olan futbolçusu Patrik Andrade deyib.

Yarımmüdafiəçi komandasının qış təlim-məşq toplanışı barədə danışıb:

"Artıq bir neçə gündür mövsümün ikinci yarısının hazırlıqlarına başlamışıq. Hər zaman istirahətdən geri qayıdarkən futbolçular üçün çətin olur. Hər gün hazırlıq səviyyəmizi bir qədər də artırırıq".

O, komandasının UEFA Avropa Liqasının Liqa mərhələsində FCSB və "Olimpiakos" ilə keçirəcəyi görüşlərə toxunub:

"Hər il olduğu kimi, yenə də Avropada öz oyunumuzu göstərmək istəyirik. Əvvəllər qarşıdakı matçlara necə hazırlaşırdıqsa, yenə də eyni qaydada davam edirik. İnanırıq ki, qarşıdakı iki görüşdə azarkeşlərimizi sevindirə biləcəyik. Ən böyük istəyimiz pley-offa vəsiqə əldə etməkdir. Ümidimiz var. Yaxşı çıxış etsək, bunu bacara bilərik".

P.Andrade komanda yoldaşı Olavio Juninyonun İspaniyanın "Sevilya" və Braziliyanın "Flamenqo" klublarına mümkün keçidinə münasibət bildirib:

"Futbolda belə hallar olur. Böyük klublara keçmək şansın varsa, bunu dəyərləndirirsən. İnanıram ki, nəticə onun üçün xeyirli olacaq. Hər şey baş məşqçimiz Qurban Qurbanovun nəzarətindədir. Juninyo "Qarabağ"dan getsə, o, heyəti necə quracağını yaxşı bilir. Ona gələcək karyerasında uğurlar arzu edirəm".

Futbol
"Neftçi"nin aparıcı futbolçusu zədələnib

"Neftçi"nin aparıcı futbolçusu zədələnib

Futbol
"Qarabağ"ın legioneri: "Marselo məni az da olsa tanıyır"

"Qarabağ"ın legioneri: "Marselo məni az da olsa tanıyır"

Futbol
Braziliyalı futzalçı 3 illik fasilədən sonra Azərbaycan millisinə çağırılıb

Braziliyalı futzalçı 3 illik fasilədən sonra Azərbaycan millisinə çağırılıb

Futbol
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub

Futbol
Peşəkar Futbol Liqasında yeni kadr təyinatı olub

Peşəkar Futbol Liqasında yeni kadr təyinatı olub

Futbol
"Traktor"un futbolçusu: "Qarabağ"la yoldaşlıq oyunu çox maraqlı alınar"

"Traktor"un futbolçusu: "Qarabağ"la yoldaşlıq oyunu çox maraqlı alınar"

Futbol
Ramil Şeydayev: "Rəqib bizdən revanş almaq istəyir"

Ramil Şeydayev: "Rəqib bizdən revanş almaq istəyir"

Futbol
Fransa millisinin müdafiəçisi üçün mundial başa çatıb

Fransa millisinin müdafiəçisi üçün mundial başa çatıb

Futbol
XXI əsrin üçüncü onilliyinin bombardirləri açıqlanıb

XXI əsrin üçüncü onilliyinin bombardirləri açıqlanıb

Futbol
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" autsayderə qalib gəlib

Azərbaycan Premyer Liqası: "Turan Tovuz" autsayderə qalib gəlib

Futbol
"Qəbələ"nin baş məşqçisi: "Bir mövqeni mütləq gücləndirməliyik"

"Qəbələ"nin baş məşqçisi: "Bir mövqeni mütləq gücləndirməliyik"

Futbol
Londonda 5 azarkeş həbs olunub

Londonda 5 azarkeş həbs olunub