“Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi: Yuqoslaviyada albanlar tərəfindən yaradılan 46 yaşlı "Şkendiya" - TANITMA

“Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi: Yuqoslaviyada albanlar tərəfindən yaradılan 46 yaşlı "Şkendiya" - TANITMA

“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşacağı Şimali Makedoniyanın “Şkendiya” klubunun 46 yaşı var.

“QELEBE.AZ” xəbər verir ki, Tetovo şəhərini təmsil edən komandanın əsası 1979-cu ildə Yuqoslaviyada yaşayan albanlar tərəfindən qoyulub.

Yarandığı ilk gündən həm siyasi, həm də mədəni "yük daşıyan" klub 1980-ci illərin əvvəlində o dövrün kommunist hökumətinin təzyiqi ilə fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Lakin Makedoniyanın müstəqilliyindən (1991) sonra, 1992-ci ildə klub yenidən qurularaq futbol səhnəsinə qayıdıb. “Şkendiya” 1995-ci ildə ölkənin əsas futbol liqasına vəsiqə qazanıb.

Klubun əsas rəngləri olan qırmızı və qara Albaniya bayrağını simvolizə edir. Bu səbəbdən "Şkendiya" “Kuq e Zi” (Qırmızı-Qara) ləqəbi ilə də tanınır. Komanda ev oyunlarını 15 min azarkeş tutumuna malik “Ekoloq Arena”da keçirir.

"Şkendiya" İlk böyük uğurunu 2010/2011 mövsümündə ölkə çempionu olmaqla qazanıb. Daha sonra isə Şimali Makedoniya təmsilçisi 2017/2018, 2018/2019 və 2020/2021 və 2024/2025 mövsümlərində çempionluq sevinci yaşayıb. Komanda həmçinin iki dəfə (2016 və 2018) ölkə kubokuna və bir dəfə Superkuboka (2011) sahib çıxıb. Beşqat ölkə çempionunun hesabında 4 gümüş medal da var.

“Şkendiya”nın avrokuboklarda ən böyük uğuru UEFA Avropa Liqasının 2016/17, 2017/18 və 2018/19 mövsümlərində pley-off mərhələsinə qədər irəliləməsi olub. Cari mövsümdə “Şkendiya” tarixində ilk dəfə avrokuboklardan birinin əsas mərhələsinə vəsiqəni təmin edib. Öncə Uels təmsilçisi TNS-i (0:0, 2:1, əlavə vaxtda), ardınca Rumıniyanın FCSB klubunu (1:0, 2:1) məğlub edən şimali makedoniyalılar Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib.

“Qarabağ” Şimali Makedoniya klubunun Azərbaycandan olan ilk rəqibi deyil. "Şkendiya" 2016-cı ildə Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi”ni iki oyunun nəticəsinə görə (0:0, 1:0) məğlub edib. 2020-ci ildə isə UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Sumqayıt”ı mübarizədən kənarlaşdırıblar - 2:0 (COVİD-19 ilə əlaqədar təsnifat mərhələləri bir oyundan ibarət olub).

Klub tarixinin ən yaxşı bombardiri Besart İbraimidir. Makedoniyalı hücumçu müxtəlif illərdə (2015-2021, 2024-dən bəri) “Şkendiya”nın formasında meydana çıxdığı 205 oyunda 126 qola müəlliflik edib. 38 yaşlı futbolçu 2024-cü ildə komandada 30 oyun keçirib və 15 qola imza atıb.

Qeyd edək ki, komandalar arasında ilk oyun Şimali Makedoniyada baş tutacaq. Görüş avqustun 5-də Skopyedəki Toşe Proeski adına Milli Arenada, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab qarşılaşması isə avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matçın başlama saatı hələ dəqiqləşməyib.

Futbol
“Sumqayıt”ın istefaya göndərdiyi baş məşqçi “Şaxtyor”la anlaşıb

“Sumqayıt”ın istefaya göndərdiyi baş məşqçi “Şaxtyor”la anlaşıb

Futbol
"Olimpiakos" Marselonu "Qarabağ"la oyunlar üçün sifariş edib

"Olimpiakos" Marselonu "Qarabağ"la oyunlar üçün sifariş edib

Futbol
UEFA növbəti dəfə "Qarabağ"ı fərqləndirib

UEFA növbəti dəfə "Qarabağ"ı fərqləndirib

Futbol
Rumıniyalı futbolçu: "Azərbaycanda maliyyə ilə bağlı heç bir problem yox idi"

Rumıniyalı futbolçu: "Azərbaycanda maliyyə ilə bağlı heç bir problem yox idi"

Futbol
Avropa Liqası: "Qarabağ"ın Fransadakı matçının biletləri satışa çıxarılıb

Avropa Liqası: "Qarabağ"ın Fransadakı matçının biletləri satışa çıxarılıb

Futbol
AFFA dörd klubu cəzalandırıb

AFFA dörd klubu cəzalandırıb

Futbol
Bu gün Azərbaycan derbisi keçiriləcək

Bu gün Azərbaycan derbisi keçiriləcək

Futbol
Məhəmməd Salah Çempionlar Liqasında iki rekorda imza atıb

Məhəmməd Salah Çempionlar Liqasında iki rekorda imza atıb

Futbol
Tərlan Əhmədov: “Baş verənlərdən sığortalanmamışıq”

Tərlan Əhmədov: “Baş verənlərdən sığortalanmamışıq”

Futbol
UEFA Avropa Liqası: Daha yeddi komanda növbəti mərhələyə vəsiqə qazana bilər

UEFA Avropa Liqası: Daha yeddi komanda növbəti mərhələyə vəsiqə qazana bilər

Futbol
Premyer Liqa: Mövsümün ilk yarısının ən intizamlı və intizamsız komandaları bəlli olub

Premyer Liqa: Mövsümün ilk yarısının ən intizamlı və intizamsız komandaları bəlli olub

Futbol
"Neftçi"nin əsas hücumçusu zədələnib

"Neftçi"nin əsas hücumçusu zədələnib