"Araz-Naxçıvan"ın baş məşqçisi: "Bir xal da bizim üçün xeyirlidir"

"Araz-Naxçıvan"ın baş məşqçisi: "Bir xal da bizim üçün xeyirlidir"

"Zirə" ilə matçda qazanılan 1 xal da "Araz-Naxçıvan" üçün xeyirlidir.

"QELEBE.AZ" xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının I turunda "Zirə"yə qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis heç-heçə ilə başa çatan qarşılaşmanı şərh edib:

"Gərgin oyun alındı. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. Bir xal da bizim üçün xeyirlidir. Komanda olaraq turlar keçdikcə özünəinam artacaq. Əvəzetmələri oyunun gedişinə görə etdik. Əvəzolunmaz futbolçu yoxdur. Bir qədər də ehtiyatı əldən vermədik. "Omoniya" ilə oyundan sonra təzyiqlər oldu. Biz də çalışdıq nəsə edək, amma təcrübəsizlik sözünü dedi. Ümumilikdə minimum vəzifənin öhdəsindən gəlməyi bacardıq. Avrokuboklar artıq bizim üçün bitib. Yaxşı təcrübə qazandıq".

O, rəhbərlik şans verənə qədər işinin başında olacağını söyləyib:

"Məşqçi işi daimi deyil. Rəhbərlik nə vaxta qədər etimad göstərəcəksə, o vaxta qədər də işimizin başında olacağıq. Hər bir məğlubiyyət komandaya təsir edir. Sevindirici məqam odur ki, bərk, xarakterli komandam var. Düşünürəm ki, maneələrin komandamıza təsir olmayacaq. Əlbəttə, daha yaxşısını etmək olardı. Ola bilsin, gücünüz, bəlkə də təcrübəmiz çatmadı. Ancaq keçmişlə yaşamaq istəmirik. Sadəcə, nəticə çıxartmalıyıq".

Qeyd edək ki, "Zirə" - "Araz-Naxçıvan" oyunu heç-heçə (1:1) yekunlaşıb.

Futbol
DÇ-2022: Mərakeş - Xorvatiya oyunu başlayıb

DÇ-2022: Mərakeş - Xorvatiya oyunu başlayıb

Futbol
"Qarabağ" - "Nant" oyunu başlayıb

"Qarabağ" - "Nant" oyunu başlayıb

Futbol
“Kəpəz” – “Qarabağ” oyununda kütləvi dava olub, 7 futbolçu diskvalifikasiya olunub

“Kəpəz” – “Qarabağ” oyununda kütləvi dava olub, 7 futbolçu diskvalifikasiya olunub

Futbol
Pele ailə üzvləri ilə vidalaşıb

Pele ailə üzvləri ilə vidalaşıb

Futbol
Braziliyalı futzalçı: "Azərbaycanda da futzalın sevildiyini bilirəm"

Braziliyalı futzalçı: "Azərbaycanda da futzalın sevildiyini bilirəm"

Futbol
Tadevosyan: "Federasiya Ermənistanda futbolun inkişafından başqa, hər işlə məşğuldur"

Tadevosyan: "Federasiya Ermənistanda futbolun inkişafından başqa, hər işlə məşğuldur"

Futbol
Azərbaycan milli komandası Moldovanı məğlub edib

Azərbaycan milli komandası Moldovanı məğlub edib

Futbol
Ronaldu növbəti dünya çempionatında oynaya bilər

Ronaldu növbəti dünya çempionatında oynaya bilər

Futbol
Azərbaycan yığması Millətlər Liqasını darmadağınla başa vurub

Azərbaycan yığması Millətlər Liqasını darmadağınla başa vurub

Futbol
"Qarabağ"ın rəqibi qapıçısı ilə müqaviləni uzadıb

"Qarabağ"ın rəqibi qapıçısı ilə müqaviləni uzadıb

Futbol
"Fənərbağça"nın istədiyi futbolçu "Trabzonspor"a keçib

"Fənərbağça"nın istədiyi futbolçu "Trabzonspor"a keçib

Futbol
Kevin Medina: “Neftçi” ilə 10 dəfə də görüşsək, hamısında böyük hesabla qələbə qazanmaq istəyərəm” - MÜSAHİBƏ

Kevin Medina: “Neftçi” ilə 10 dəfə də görüşsək, hamısında böyük hesabla qələbə qazanmaq istəyərəm” - MÜSAHİBƏ