Rüfət Abdullazadə məhsuldar ötürmə etdi, komandası məğlub oldu
Xorvatiyada futbol üzrə ölkə çempionatının 11-ci turu keçirilib.
Apasport.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Rüfət Abdullazadənin çıxış etdiyi “Varajdin” doğma meydanda “Slaven Belupo”nu qəbul edib.
Abdullazadə meydana 16-cı dəqiqədə daxil olsa da, 75-ci dəqiqədə əvəzlənib. 1:3 hesabı ilə məğlub olan "Varajdin"in heyətində Abdullazadə yeganə qolun asistini edib.
Qeyd edək ki, hazırda “Varajdin” 15 xalla turnir cədvəlində 5-ci yerdə qərarlaşıb.

https://qalaba.az//uploads/photo/rufet-abdullazade-mehsuldar-oturme-etdi-komandasi-meglub-oldu.webp