Türkiyə ardıcıl ikinci dəfə Avropa çempionu oldu

Türkiyə ardıcıl ikinci dəfə Avropa çempionu oldu

Qadın voleybolçular arasında Avropa çempionatına yekun vurulub.

QELEBE.AZ xəbər verir ki, həlledici qarşılaşma Türkiyə və İtaliya milliləri arasında baş tutub.

Görüş “ay-ulduzlular”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Türkiyə bu nəticə ilə ardıcıl ikinci dəfə Avropa çempionu olub. 

"Filenin sultanları" 2023-cü ildə keçirilən son Avropa çempionatının da qalibi olmuşdu.