Azərbaycanı Əbu-Dabidə 11 cüdoçu təmsil edəcək
Azərbaycan cüdo millisi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək Böyük Dəbilqə turnirində 11 idmançı ilə təmsil olunacaq.
QELEBE.AZ xəbər verir ki, oktyabrın 29-31-də təşkil olunacaq yarış Beynəlxalq Cüdo Federasiyasının təqviminə daxildir.
Azərbaycan yığması turnirdə 7 kişi və 4 qadın cüdoçu ilə mübarizə aparacaq.
Kişilərdən ibarət milli komandanın böyük məşqçiləri Elçin İsmayılov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və məşqçi Tərlan Kərimov komandaya rəhbərlik edəcəklər.
Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları qazandıran turnirdə 60 ölkədən 400-dən çox idmançının iştirakı gözlənilir.
Heyəti təqdim edirik:
Qadınlar
-48 kq
Könül Əliyeva
-52 kq
Gültac Məmmədəliyeva
-70 kq
Südabə Ağayeva
+78 kq
Madina Kaisinova
Kişilər
-60 kq
Balabəy Ağayev
-66 kq
Ruslan Paşayev
-73 kq
Kamran Süleymanov
Hidayət Heydərov
-90 kq
Elcan Hacıyev
+100 kq
Uşanqi Kokauri
Camal Qamzatxanov
Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin üzvü, “A” kateqoriyalı beynəlxalq hakim Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alacaq.

https://qalaba.az//uploads/photo/azerbaycani-ebu-dabide-11-cudochu-temsil-edecek.webp