Super Liqa: II turun oyunlarının vaxtı açıqlanıb
Kişi voleybolçuların Super Liqasında II turun oyunları oktyabrın 28 və 30-da keçiriləcək.
QELEBE.AZ xəbər verir ki, turun ilk iki qarşılaşması oktyabrın 28-də baş tutacaq.
Saat 16:00-da GİN-in Voleybol Mərkəzində “ORDU” və “Neftçi” komandaları üz-üzə gələcəklər. Saat 17:00-da isə FHN-in idman zalında “Xilasedici” ilə “AZERRAIL” qarşılaşacaq.
Turun son oyunu oktyabrın 30-da keçiriləcək. Saat 17:00-da GİN-in Voleybol Mərkəzində “Murov Az Terminal” və “Gənclər” komandaları münasibətlərə aydınlıq gətirəcəklər.

https://qalaba.az//uploads/photo/super-liqa-ii-turun-oyunlarinin-vaxti-achiqlanib.webp