İngiltərə Premyer Liqası: “Tottenhem” “Everton”la oyunda qələbəni əldən verib  

İngiltərə Premyer Liqası: “Tottenhem” “Everton”la oyunda qələbəni əldən verib  

İngiltərə Premyer Liqasının 29-cu turunda “Tottenhem” səfərdə “Everton”un öhdəsindən gələ bilməyib. Bu, “mahnızlar”ın baş məşqçi Antonio Kontesiz ilk oyunu olub.

“Report” xəbər verir ki, “Tottenhem” Liverpul təmsilçisinə qarşı oyunda son dəqiqələrdə qələbəni əldən verib.

Belə ki, 68-ci dəqiqədə Harri Keyn hesabı açıb. Hücumçu penaltini qola çevirə bilib.

Komandaların futbolçuları oyun ərzində qarşılıqlı şəkildə qırmızı vərəqə alıblar. Birinci oyundan Abdulaye Dukure kənarlaşdırılıb. O, 58-ci dəqiqədə qeyri-idman hərəkətinə görə qırmızı vərəqə alıb. Daha sonra 88-ci dəqiqədə Lukas Moura qayda pozuntusuna görə matçdan xaric edilib. Braziliyalının oyuna daxil olduqdan cəmi 6 dəqiqə sonra uzaqlaşdırılması diqqət çəkib.

Qarşılaşmanın sonunda “Everton” Moyzes Kenin sayəsində tablodakı hesabı bərabərləşdirib – 1:1.

Beləliklə, “Tottenhem” 29 oyunda 50 xal toplayıb və 4-cü pillədə qərarlaşıb. “Nyukasl” və “Mançester Yunayted”in də aktivində eyni sayda xal olsa da, komandalar “mahnızlar”dan 2 oyun daha az keçirib. Londonluların digər yaxın təqibçiləri arasında “Brayton”, “Brentford” və “Liverpul” var.

Futbol
Benzema Fransa millisindəki karyerasını başa vurub

Benzema Fransa millisindəki karyerasını başa vurub

Futbol
Françesko Kaltsona: "Azərbaycan millisindən çəkinirdik"

Françesko Kaltsona: "Azərbaycan millisindən çəkinirdik"

Futbol
Almaniya millisinin hücumçusu Bundesliqa klubunun tarixinə düşüb

Almaniya millisinin hücumçusu Bundesliqa klubunun tarixinə düşüb

Futbol
Avropa Liqası: “Nant” - “Qarabağ” matçı “ilk beşlik”dən kənarda qalıb

Avropa Liqası: “Nant” - “Qarabağ” matçı “ilk beşlik”dən kənarda qalıb

Futbol
Pelenin dəfn olunacağı tarix açıqlanıb

Pelenin dəfn olunacağı tarix açıqlanıb

Futbol
DÇ-2022: Xorvatiya 1/8 finalda, Belçika qrupda qalıb

DÇ-2022: Xorvatiya 1/8 finalda, Belçika qrupda qalıb

Futbol
AVRO-2024: Azərbaycan millisinin rəqibləri bəlli olub

AVRO-2024: Azərbaycan millisinin rəqibləri bəlli olub

Futbol
Kərim Benzema “Qızıl top” mükafatını qazanıb

Kərim Benzema “Qızıl top” mükafatını qazanıb

Futbol
DÇ-2022: İngiltərə 1/4 finalda Fransa ilə qarşılaşacaq

DÇ-2022: İngiltərə 1/4 finalda Fransa ilə qarşılaşacaq

Futbol
Azərbaycan millisi seçmə mərhələni heç-heçə ilə başa vurub

Azərbaycan millisi seçmə mərhələni heç-heçə ilə başa vurub

Futbol
Lui van Qal Niderland yığmasını tərk edir

Lui van Qal Niderland yığmasını tərk edir

Futbol
"Mançester Siti" Almaniya klubundan İsveçrə millisinin futbolçusunu transfer edib

"Mançester Siti" Almaniya klubundan İsveçrə millisinin futbolçusunu transfer edib