Premyer Liqa: "Sabah" "Turan Tovuz"un, "Neftçi" "Səbail"in qonağı olacaq

Premyer Liqa: "Sabah" "Turan Tovuz"un, "Neftçi" "Səbail"in qonağı olacaq

Bu gün Azərbaycan Premyer Liqasında XXXI turun daha iki oyunu keçiriləcək.

"QELEBE.AZ"un məlumatına görə, matçlardan biri bölgədə, digəri isə paytaxtda baş tutacaq.

Günün ilk qarşılaşmasında "Turan Tovuz" "Sabah"ı qəbul edəcək. Hazırda meydan sahibləri 29 xalla 6-cı, qonaqlar isə 68 xalla 2-ci pillədə qərarlaşıblar.

İki komanda indiyədək ölkə çempionatında cəmi 3 dəfə qarşılaşıb. Bunların birində Qərb təmsilçisi, ikisində isə Bakı klubu qələbə qazanıb. Topların nisbətində isə "bayquşlar" öndədir - 4:3.

"Sabah" səfərdə quru hesabla qalib gəlib. Qonaq olan komanda hər üç matçda qol vurub.

Günün son oyununda isə "Neftçi" "ASCO Arena"da "Səbail"in qonağı olacaq. "Ağ-qaralar" 60 xalla 3-cü pillənin sahibidirlər. 21 xalı olan "dənizçilər" isə sonuncu sırada yer alıblar.

Komandalar arasında bunadək baş tutan 22 matçın ikisində meydan sahibləri, 17-də qonaqlar qələbəni bayram ediblər. 3 qarşılaşmada qalib müəyyənləşməyib. Laurentsiu Regekampfın baş məşqçi olduğu kollektiv bu görüşlərdə 49, Şahin Diniyevin rəhbərlik etdiyi komanda isə 12 qol vurub.

"Neftçi" son 11 oyunda qalib gəlib. "Səbail" ardıcıl 15 qarşılaşmada qələbə qazana bilməyib.

Azərbaycan Premyer Liqası
XXXI tur
22 aprel (şənbə)

16:00. "Turan Tovuz" - "Sabah"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rövşən Rəcəbov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Tovuz şəhər stadionu.

18:30. "Səbail" - "Neftçi"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Emin Əliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
"ASCO Arena".

Qeyd edək ki, XXXI turun əvvəlki oyunlarında "Şamaxı" evdə "Kəpəz"lə 1:1, "Qarabağ" isə "Zirə" ilə 2:2 hesablı heç-heçə edib. Tura aprelin 23-də keçiriləcək "Sumqayıt" - "Qəbələ" görüşü ilə yekun vurulacaq.

Futbol
Əliyar Ağayev Avropa Liqasının qrup oyununa təyinat alıb

Əliyar Ağayev Avropa Liqasının qrup oyununa təyinat alıb

Futbol
Top-5 liqalarda ən az qol buraxan komandalar bəlli olub

Top-5 liqalarda ən az qol buraxan komandalar bəlli olub

Futbol
Dünya çempionatının ən yaxşı gənc futbolçusu PSJ-yə keçə bilər

Dünya çempionatının ən yaxşı gənc futbolçusu PSJ-yə keçə bilər

Futbol
Neymar həbs oluna bilər

Neymar həbs oluna bilər

Futbol
Bu gün Avropa Liqasında qrup mərhələsinə start veriləcək

Bu gün Avropa Liqasında qrup mərhələsinə start veriləcək

Futbol
Acınacaqlı vəziyyətdə olan Zərdab rayon mərkəzi stadionu

Acınacaqlı vəziyyətdə olan Zərdab rayon mərkəzi stadionu

Futbol
Rauf Əliyev 5 oyunluq diskvalifikasiya olunub

Rauf Əliyev 5 oyunluq diskvalifikasiya olunub

Futbol
"Nant" - "Qarabağ" oyununda erməni təxribatı

"Nant" - "Qarabağ" oyununda erməni təxribatı

Futbol
İspaniya Superkubokunun matçlarında yenilik tətbiq olunacaq

İspaniya Superkubokunun matçlarında yenilik tətbiq olunacaq

Futbol
AFFA rəsmisi: “Özüm də adımı siyahıda bir qədər əvvəl gördüm”

AFFA rəsmisi: “Özüm də adımı siyahıda bir qədər əvvəl gördüm”

Futbol
Niderlandda 25 futbolçu oyun alqı-satqısında ittiham olunur

Niderlandda 25 futbolçu oyun alqı-satqısında ittiham olunur

Futbol
Milli komandanın 25 futbolçusu bioloji yaş testindən keçməkdən imtina edib

Milli komandanın 25 futbolçusu bioloji yaş testindən keçməkdən imtina edib