Azərbaycan Kubokunun qalibi: "Neftçi" - "Turan Tovuz" matçı gərgin keçəcək"

Azərbaycan Kubokunun qalibi: "Neftçi" - "Turan Tovuz" matçı gərgin keçəcək"

"Neftçi" - "Turan Tovuz" qarşılaşması maraqlı və gərgin olacaq. İlk görüşdə də bunun şahidi olduq".

Bunu "QELEBE.AZ"a açıqlamasında "Qəbələ" və "Şamaxı"nın sabiq baş məşqçisi Sənan Qurbanov Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunu ilə bağlı danışarkən deyib.

43 yaşlı mütəxəssis evdəki ilk matçda Tovuz təmsilçisinin yaxşı oyunla yadda qaldığını xatırladıb: "Son açıqlamalarda görsənir ki, "Neftçi" kuboku qazanmağı və mövsümü titulla başa vurmağı qarşısına məqsəd qoyub. Amma səfərdə çox çətinlik çəkdiklərini gördük. Düşünürəm ki, bu, hər iki tərəf üçün vacib görüşdür. "Ağ-qaralar" daha çox hücumda oynamağa çalışacaq. Çünki matça 0:1 hesabı ilə geridə başlayacaq. Qarşılaşma əlavə vaxta da gedə bilər. Kubokda hər nəticə gözlənilir. İlk dəqiqələrdən gərginlik hiss ediləcək. Burada futbolçuların psixoloji durumu da önə çıxacaq. Əlavə vaxt olsa, mövsümün sonunu nəzərə alaraq fiziki durumlar ön plana çıxacaq. Hansı kollektiv dözümlü olsa, finala vəsiqəni təmin edəcək. Futbolçular bunun üçün sonadək mübarizə aparmalıdırlar".

Qurbanov "Sizcə, Azərbaycan Kuboku "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf üçün son şansdırmı?" sualına qısa cavab verib: "Mən bu sualı cavablandırmaqda bir az çətinlik çəkirəm. Mətbuatda oxuyuram ki, onun qarşısına mövsümü titulla başa vurmaq tapşırığı qoyulub. . Yəqin ki, komanda mövsümü necə başa vuracaqsa, rəhbərlik qiymətləndirəcək və yekun qərar verəcək".

2018/2019 mövsümündə "Qəbələ" ilə titulu qazanan mütəxəssis sabiq komandasının oyunu haqqında da fikirlərini bölüşüb: "Qəbələdə də bol qollu qarşılaşma izləmişdik. "Səbail" iki top vursa da, meydan sahibləri geridönüş edə bildi. Kubok matçlarında proqnoz vermək çətindir. Komandalar finala vəsiqəni təmin etmək üçün bu oyunlara böyük motivasiya ilə çıxacaqlar. "Səbail" də geridönüş edə bilər. Amma nəzərə almalıyıq ki, "Qəbələ" son vaxtlar yaxşı formadadır. Bir sözlə, gərgin oyunlara şahidlik edəcəyik".

Qeyd edək ki, "Neftçi" - "Turan Tovuz" matçı aprelin 26-da, "Səbail" - "Qəbələ" görüşü isə bir gün sonra keçiriləcək. İlk qarşılaşmalarda Tovuz və Qəbələ təmsilçiləri müvafiq olaraq 1:0 və 3:2 hesablı qələbə qazanıblar.

Futbol
Azərbaycanın çimərlik futbolu üzrə millisi Avropa oyunlarına vəsiqə qazanıb

Azərbaycanın çimərlik futbolu üzrə millisi Avropa oyunlarına vəsiqə qazanıb

Futbol
Samir Abasov: "Komandamın əziyyətinə kölgə salmaq istəmirəm"

Samir Abasov: "Komandamın əziyyətinə kölgə salmaq istəmirəm"

Futbol
DÇ-2022: Fransa mundialda 1/8 finala yüksələn ilk komanda olub

DÇ-2022: Fransa mundialda 1/8 finala yüksələn ilk komanda olub

Futbol
Konfrans Liqası: "Sivasspor" Rumıniya klubuna qalib gəlib

Konfrans Liqası: "Sivasspor" Rumıniya klubuna qalib gəlib

Futbol
İngiltərə Futbol Assosiasiyası Sautgeytin postunda qalacağını təsdiqləyib

İngiltərə Futbol Assosiasiyası Sautgeytin postunda qalacağını təsdiqləyib

Futbol
"Barselona" Jerar Pikenin müqaviləsini yeniləməyəcək

"Barselona" Jerar Pikenin müqaviləsini yeniləməyəcək

Futbol
"Olimpiakos" ulduz futbolçunun transferini açıqlayıb

"Olimpiakos" ulduz futbolçunun transferini açıqlayıb

Futbol
"Qarabağ" Avropada xal itirməyən dörd komandadan biridir

"Qarabağ" Avropada xal itirməyən dörd komandadan biridir

Futbol
Qurban Qurbanov: "Sumqayıt" intizamlı müdafiə olunan komandadır"

Qurban Qurbanov: "Sumqayıt" intizamlı müdafiə olunan komandadır"

Futbol
Qazaxıstan millisinin futbolçusu faciəvi şəkildə ölüb

Qazaxıstan millisinin futbolçusu faciəvi şəkildə ölüb

Futbol
Pele ilə vida mərasimi “Santos” klubunun stadionunda keçiriləcək

Pele ilə vida mərasimi “Santos” klubunun stadionunda keçiriləcək

Futbol
"Səbail" - "Kəpəz" oyununda insident baş verib

"Səbail" - "Kəpəz" oyununda insident baş verib